GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ERMƏNİLƏR PUTİNİ “VURMAĞA” BAŞLAYIBLAR:"Məxməri inqilab Putinin yuxusunu ərşə çəkib" - TƏHLİL

ERMƏNİLƏR PUTİNİ “VURMAĞA” BAŞLAYIBLAR:"Məxməri inqilab Putinin yuxusunu ərşə çəkib" - TƏHLİL

Tarix: 7-05-2018, 16:47 Bölmə :Dünya Baxış: 401
ERMƏNİLƏR PUTİNİ “VURMAĞA” BAŞLAYIBLAR:"Məxməri inqilab Putinin yuxusunu ərşə çəkib" - TƏHLİL


Məxməri inqilabın sivilizasiya trayektoriyasını, əhəmiyyətini tam dərk etmək, anlamaq üçün hələ zaman lazımdır. Bununla belə, bu, təsirləri Ermənistan hüdudlarından kənara yayılan tarixi, qlobal hadisədir. Uzun illər ərzində biz hesab etdik ki, Rusiyanın demokratikləşməsi Ermənistanın xilası üçün şans ola bilər. Lakin hadisələr əks məntiq üzrə inkişaf etməyə başladı: erməni məxməri inqilabı dəyişikliklər üzrə dünya brendi oldu və dünən Rusiyanın küçələrinə çixan minlərlə vətəndaş “Biz Ermənistanda olduğu kimi istəyirik!” deyərək, səsləndi.

Hadisələr ötən əsrin səksəninci illərinin ssenarisi üzrə inkişaf edir – o zaman Qarabağ hərəkatı özünün güclü siyasi və sivilizasiya potensialı ilə sovet imperiyasını dağıtmşdı.
Dünən Navalnının tərəfdarları Vladimir Putinin inaqurasiyası əleyhinə, “O, bizim çarımız deyil!” şüarı ilə, bütün Rusiya üzrə etiraz aksiyaları keçirdilər. Çox şəhərdə, o cümlədən Moskva və Sankt-Peterburqda şəhər hakimiyyəti bu aksiyaların keçirilməsinə izn vermədi. Putinin inaqurasiyası 7 maya təyin olunub və dünənki kütləvi etirazlar Rusiya liderinin yüksək reytinqi haqqındakı əfsanələri, ən azı, şübhə altına alır, xüsusən də bizə “faizlərin döyülməsi” texnologiyası əla tanışdır.
Biz təsbit edə bildik ki, Ermənistanda baş verməkdə olan məxməri inqilab Putinin siyasi modelinə dərin, institusional zərbə vurdu, güclü ümumxalq hərəkatının zərbəsi nəticəsində onun erməni analoqu geri çəkildi. İnsanları erməni inqilabının dərin əhəmiyyətini dərk edən Rusiyanın küçələrində dünən Putinizmin çöküşü göründü. Bütün bir imperiyanın demokratik hərəkatı, – sivilizasiya anlamında, siyasi mənada, – faktiki quberniyanın nümunəsini rəhbər götürür.
Navalnının hərəkatı öz forma və məzmununa görə erməni inqilabına bənzəyir. Hər iki hərəkat, böyük ölçüdə gəncləri, hətta məktəbliləri cəlb etməklə, şəbəkə strukturlarına əsaslanır. Navalnının “O, bizim çarımız deyil!” şüarı “Addım at, Serji rədd et!” şüarına oxşayır.
Təbii, bu deyilənlər Ermənistanda Paşinyan və Navalnı hərəkatları arasında aparılan, onların arxasında qərbin eyni bir “sui-qəsd” mərkəzinin durduğunu iddia edən primitiv paralellərə haqq qazandırmır. Əgər hərəkatlar hətta ümumi kökə malikdirlərsə də belə, bu, geopolitik gizli məna deyil, putinizmin çöküşüdür.
Əlbəttə, Rusiyanın korrupsiyalaşmış, çekist sistemi siyasi və ideoloji mənada daha çox “həyatqabiliyyətlidir” və dəqiq olaraq, bir neçə “5 maya” qarşı dura bilər. Dünən Rusiyanın müxtəlif şəhərlərində onlarla nümayişçi, o cümlədən Navalnı saxlanıldı və heç bir şübhə yoxdur ki, bu gün biz rus inqilabının qələbəsinin deyil, yalnız Kremlin repressiv arsenalının şahidi olacağıq.
Digər tərəfdən, Putin gözəl anlayır ki, o, son prezident seçkilərində öz “susdurucu” qələbəsilə qəti addım atdı – son həddi keçdi və öz imperiyasının, siyasi sisteminin ölümünü yaxınlaşdırdı. Və dünən Rusiyanın küçələrində biz məhz bunun ilk əlamətlərini gördük.
Diqqətəlayiqdir ki, bu ərəfədə Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev telefon danışığı zamanı Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə ediblər. Təbii, hər iki avtoritar lideri Ermənistanın taleyi deyil, erməni inqilabının təsirlərinin xəbərdarlıq imperativi maraqlandırır. Putin 18, Nazarbayev isə 29 ildir ki, ölkəni idarə edir və onlar çox yaxşı başa düşürlər ki, məxməri inqilabın əsasında məhz cəmiyyətin hakimiyyətin dəyişməzliyinə, kriminal oliqarxiyaya dözümsüzlüyü durur. Əgər Ermənistan cəmiyyəti Serj Sarkisyanın onillik “durğunluğuna” dözmədisə, heç bir təminat yoxdur ki, inqilabi və saray çevrilişlərində böyük təcrübəsi olan Rusiya Putinin qanunsuzluqlarına dözəcək. Müasir, qloballaşan dünyada hətta avtoritar rejimə daha asanlıqla uyğunlaşan Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində də inqilabi potensial mövcuddur.
Ermənistandakı məxməri inqilab Putinin yuxusunu ərşə çəkib, xüsusən də ona görə ki, o, Kremlin divarları arxasında “Sən bizim çarımız deyilsən!” və “Biz Ermənistanda olduğu kimi istəyirik!” şüarlarının necə səsləndirildiyini eşidir.

Tərcümə Strateq.az-ındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Paşinyandan hakim partiyaya yeni ultimatum: "“Məxməri inqilabı” yarımçıq qala bilməz"

    Paşinyandan hakim partiyaya yeni ultimatum: ...

    24-04-2018, 09:55

  • 
  • Sərkisyan arzusuna 77 səslə çatdı, İrəvanda gərginlik daha da artdı

    Sərkisyan arzusuna 77 səslə çatdı, İrəvanda ...

    18-04-2018, 10:30

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb

    Putinin Bakıya səfəri Ermənistanda həyəcan yaradıb ...

    13-08-2013, 23:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu