"Avqustun 15-də keçirilmiş Alyaska sammitində Rusiya və Ukrayna prezidentləri arasında və ya ABŞ prezidentinin iştirakı ilə mümkün üçtərəfli görüş barədə konkret razılıqlar əldə olunmayıb".
Gundemxeber.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, hər iki prezident arasında söhbətin əsasını ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərləri təşkil edib.
Uşakov vurğulayıb ki, Vladimir Putin və Donald Tramp bundan sonra necə hərəkət etmək barədə razılığa gəliblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?