Gundemxeber.az » Dünya » NATO-nun keçmiş katibi işçilərinə Trampla bağlı qadağa qoyubmuş

Yens Stoltenberq NATO-nun baş katibi olarkən "dağıdıcı nəticələr"dən ehtiyat edərək, ABŞ Prezidenti Donald Trampı lağa qoymağı qadağan edib.
"The Guardian" nəşri xəbər verir ki, Stoltenberq bu barədə "Mənim növbətçiliyimdə: müharibə dövründə NATO-nun liderliyi" kitabında bəhs edib.
Stoltenberqin sözlərinə görə, Trampın 2017-ci il prezident seçkisində qələbəsi onun üçün sürpriz olub və narahatlıq doğurub:
"Mən bundan sonra nə olacağından narahat idim, çünki Trampın seçki kampaniyası zamanı NATO-ya qarşı nə qədər tənqidi mövqe tutduğunu gördüm".
Stoltenberq həmçinin bildirib ki, yaxşı işgüzar münasibətləri saxlamaq üçün o, NATO administrasiyasının üzvlərinə ABŞ-nin yeni prezidentini ələ salmağı və ya narazılıqlarını ifadə etməyi qadağan edib.
19-11-2017, 17:43
18-07-2019, 11:20
8-07-2016, 23:31
11-07-2018, 11:35
28-06-2017, 16:21
Sorğu
Yeni dizaynımız necədir?