Gundemxeber.az » Dünya » Zemfira Paşinyanın videosundan sonra Ermənistana konsert turuna getməkdən imtina etdi
Rusiyalı müğənni Zemfira (əsl adı Zemfira Ramazanova) Ermənistana konsert turuna getməkdən imtina edib.
Gundemxeber.com xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı öz mənbəyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yerli təşkilatçı şirkət Ermənistanın baş naziri Nikol Paşinyanın ulduzun mahnısını dinlədiyi videosundan sonra Zemfiranın şousunu təşkil etmək istəyib.
Təşkilatçıların sözlərinə görə, bundan sonra İrəvanda şəhər konsertləri və korporativlər üçün müğənniyə 20 milyon rubl (təxminən 420 min manat) təklif ediblər və daha çox da təklif edə bilərdilər, lakin o, qəti şəkildə konsertdən imtina edib.
Kanalın mənbələri əmindirlər ki, Zemfira Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynaya dəstək verdikdən sonra Ermənistanda həbs ediləcəyindən qorxur./oxu.az
6-10-2017, 16:38
30-09-2020, 12:38
5-10-2018, 14:58
26-01-2018, 23:53
15-01-2019, 11:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?