GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » "Casusluq" istintaqı: İmamoğlunun adamı Özbəkistanda çevriliş üçün hansı milyarderdən pul istəmişdi?"

"Casusluq" istintaqı: İmamoğlunun adamı Özbəkistanda çevriliş üçün hansı milyarderdən pul istəmişdi?"

Tarix: 28-10-2025, 22:14 Bölmə :Dünya Baxış: 6


İstanbul Böyükşəhər Bələdiyyəsindəki "casusluq" istintaqı ilə bağlı maraqlı məqamlar üzə çıxıb.


Gundemxeber.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi ətraflı material təqdim edib.

Materialda istintaq çərçivəsində Türkiyədə İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) tərəfindən hazırlanmış hesabatdan çıxarışlar göstərilib.

Hesabatda martın 6-da Türkiyənin hüquq-mühafizə orqanlarına sözügedən cinayət işi çərçivəsində informator kimi ifadə verən Ü.D.A-nın sözləri xüsusən diqqət çəkib.

Ü.D.A qeyd edib ki, istintaq çərçivəsində saxlanılan şübhəli Hüseyin Gün 2005-2006-cı illərdə Özbəkistandakı mövcud hakimiyyəti devirmək məqsədilə bir sıra işlər həyata keçirib.

"Keçirdiyi görüşlər zamanı çevrilişi həyata keçirmək və müxalifətin maliyyələşdirilməsini təmin etmək üçün xarici kəşfiyyat orqanlarına tələblər irəli sürdüyünü bilirəm. Hüseyin Gün anama danışdığı zaman eşitmişdim. Bilirəm ki, bu məqsədlə Londonda mühacirətdə olan rusiyalı milyarder Berezovski və Corc Sorosa məxsus Açıq Cəmiyyət Vəqfinin səlahiyyətliləri ilə görüşərək maliyyələşdirmə tələb edib. Bu şəxslərin maliyyələşdirmə qarşılığında müəyyən şərtlər də irəli sürdüklərini bilirəm. Qarşılıqlı razılaşma nəticəsində onların Özbəkistanda baş verəcək hadisələrdə iştirak edəcəkərindən də məlumatım var", - deyə o iddia edib.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun "siyasi/hərbi casusluq" istintaqı çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu, kommunikator Necati Özkan və jurnalist Merdan Yanardağ həbs olunub.

Prokurorluq sübut olaraq hüquq-mühafizə orqanlarına edilmiş zəngi, rəqəmsal materialları, HTS (Historical Traffic Search) məlumatları və Hüseyin Gün adlı şəxsin peşman olduğunu bildirərək verdiyi ifadəni əsas göstərib. "Cinayət törədilməsinə dair əsaslı şübhə", "qaçmaq riski" kimi amillər nəzərə alınaraq sözügedən şəxslər barəsində həbs qərarı verilib. İmamoğlu, Özkan və Yanardağın vəkilləri ittihamları rədd ediblər.

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan "casusluq" istintaqı Türkiyənin "112 Təcili Çağrı Mərkəzi"nə gələn zənglə başladılıb. Gələn zənglə daxil olan məlumatda Türkiyə vətəndaşı Hüseyin Günün xarici ölkələrə casusluq etdiyi, bu yolla da Türkiyədəki seçki prosesinə təsir göstərəcək maliyyə vəsaitlərini əldə etdiyi iddia olunub. Prokurorluq iddiaları nəzərə alaraq Hüseyin Günün saxlanılması barədə qərar qəbul edib. Saxlanılan şəxs verdiyi ifadədə peşman olduğunu bildirərək əlindəki rəqəmsal materialları prokurorluğa təqdim edib. Onun cihazlarında ABŞ-də yerləşən kibertəhlükəsizlik şirkəti "PiiQ Media"nın rəhbəri Aaron Barrla yazışmalar tapılıb. Şübhəlinin heç bir ticarət fəaliyyəti olmasa da, bank hesablarında 85 milyon türk lirəsi (təxminən 3.4 milyon AZN) həcmində pul transferi müəyyən edilib. Bütün bunlardan sonra isə istintaq İBB sədri Ekrem İmamoğlu, seçim kampaniyasındakı müşaviri Necati Özkan, jurnalist Merdan Yanardağ və İBB-nin əməkdaşı Melih Geçek daxil edilərək genişləndirilib.

İstintaq çərçivəsində müəyyən edilib ki, Hüseyin Günün əsas əlaqəsi "mənəvi anası" adlandırdığı Seher Alaçam vasitəsilə Necati Özkanla olub. N.Özkan Hüseyin Gündən bir sıra məlumatları əldə etməsini istəyib, sonradan həmin məlumatlar Ekrem İmamoğluna təqdim olunub.

Prokurorluq məlumatlarına görə, Hüseyin Gün xarici kəşfiyyat orqanları ilə əlaqəli bir şəxsdir. Necati Özkan onun Türkiyədəki əsas əlaqədə olduğu şəxs, Ekrem İmamoğlu siyasi fiqur, Merdan Yanardağ isə media sahəsindəki əlaltısı olub.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə "casusluq" işi ilə əlaqədar iki jurnalist həbs edilib

    Türkiyədə "casusluq" işi ilə əlaqədar ...

    10-06-2020, 15:42

  • 
  • Ekrem İmamoğluna qarşı casusluq istintaqı başladıldı: "TELE1"in rəhbəri saxlanıldı

    Ekrem İmamoğluna qarşı casusluq istintaqı ...

    24-10-2025, 10:54

  • 
  • İmamoğlunun ortaq olduğu şirkət nəzarətə götürüldü: hesablarına həbs qoyuldu

    İmamoğlunun ortaq olduğu şirkət nəzarətə ...

    19-03-2025, 23:33

  • 
  • İstanbulda "boykot" çağırışlarına görə saxlanılanlar azadlığa buraxıldılar

    İstanbulda "boykot" çağırışlarına görə ...

    3-04-2025, 23:42

  • 
  • ERMƏNİSTANDA SARKİSYANI DEVİRMƏK PLANLARI QURULUR

    ERMƏNİSTANDA SARKİSYANI DEVİRMƏK PLANLARI QURULUR ...

    14-01-2016, 21:27


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu