Gundemxeber.az » Dünya » Rusiyada dəhşətli hadisə: Dördü uşaq olmaqla yeddi nəfər yanaraq öldü
Rusiyanın Surqut şəhərində ikimərtəbəli bağ evində baş verən yanğında yeddi nəfər ölüb.
Gundemxeber.com-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yanğın evi tamamilə bürüyüb, nəticədə dam örtüyü və çardaq döşəmələri uçub.
Xantı-Mansi Muxtar Dairəsində baş verən yanğında dördü uşaq olmaqla yeddi nəfər ölüb, bir nəfər isə yaralanıb.
Rusiya Federasiyasının Regional İstintaq Komitəsi öz növbəsində bildirir ki, Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (səhlənkarlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi açılıb.
Hadisənin səbəbi və ölənlərin şəxsiyyəti müəyyən edilir.
Gundemxeber.com
26-03-2018, 10:08
1-08-2020, 11:09
26-03-2018, 13:25
24-07-2017, 12:56
6-08-2017, 12:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?