Gundemxeber.az » Dünya » Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb: etiraz aksiyasını təşkil etməkdə ittiham olunur
Gundemxeber.com xəbər verir ki, Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya oktyabrın 4-də Tbilisidə baş vermiş zorakı etiraz aksiyasının təşkilində ittiham olunaraq saxlanılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, iş üzrə Axalayanın həyat yoldaşı Anna Nadareişvili də saxlanılsa da, hazırkı mərhələdə sərbəst buraxılıb.
DTX-nın keçirdiyi brifinqdə bildirilib ki, məhkəmə qərarı əsasında götürülmüş məlumatların təhlili nəticəsində müəyyən olunub: oktyabrın 4-də baş verən hadisələr zamanı Baço Axalaya internet tətbiqləri vasitəsilə prosesləri idarə edib və əsas təşkilatçı olub. O, həmçinin bu iş üzrə daha əvvəl saxlanılmış şəxslərlə mobil tətbiqlər üzərindən dəfələrlə əlaqə saxlayıb.
Rəsmi açıqlamada qeyd edilib ki, təqsirləndirilən şəxslər etiraz aksiyasının planını birgə müzakirə ediblər.
Gundemxeber.com
25-07-2019, 21:46
11-09-2025, 22:11
21-10-2019, 12:19
22-05-2013, 02:34
5-06-2018, 13:04
Sorğu
Yeni dizaynımız necədir?