GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » SENSASİON İDDİA: Epşteyn qalmaqalı ABŞ-də əngəllənir, Avropada isə...

SENSASİON İDDİA: Epşteyn qalmaqalı ABŞ-də əngəllənir, Avropada isə...

Tarix: 10-02-2026, 19:12 Bölmə :Dünya Baxış: 5

ABŞ baş prokurorunun müavini Todd Blanş ötən ay bildirib ki, nazirlik heç kimi - o cümlədən Donald Trampı qorumaq niyyətində deyil. Lakin onun bu açıqlamaları Cefri Epşteyn qalmaqalı ilə bağlı son hadisələrdən sonra ciddi suallar doğurub.

Gundemxeber.com xəbər verir ki, bununla bağlı CNN telekanalı sensasion material yayımlayıb.

Kanalın xəbərinə görə, Konqres üzvləri əvvəllər ictimaiyyətə təqdim edilmiş sənədlərin senzurasız versiyalarını oxumaq imkanı əldə etdikdən sonra çaşqınlıq yaşayıblar. Onlar bildiriblər ki, bəzi şəxslərin adları əsassız şəkildə gizlədilib.

“Biz ört-basdır istəmirdik. Amma gördüklərim göstərdi ki, qurban olmayan insanların adları belə gizlədilib”, - deyə Merilend ştatından demokrat deputat Ceymi Raskin deyib.

Sənədlərin araşdırılması Epşteynin milyarderlər və nüfuzlu şəxslərdən ibarət qlobal şəbəkəsini üzə çıxaran qalmaqal fonunda baş verib.

Konqres üzvləri Ədliyyə Nazirliyini birbaşa ittiham etməsələr də, bu vəziyyət cəmiyyətdə və siyasətçilər arasında etimadsızlığı daha da artırıb. Xüsusilə də bəzi qurbanların adlarının açıq qalması, amma əlaqəli şəxslərin gizlədilməsi ciddi narazılıq doğurub.

“Epşteynlə yazışmalarda adı keçən və cinayətlərdən xəbərdar olan çoxlu şəxslər gördüm. Onların niyə gizlədildiyini izah etmək mümkün deyil”, - deyə Nümayəndələr Palatasında Virciniya ştatını təmsil edən deputat Ceyms Uolkinşou qeyd edib.

Digər deputat Cared Moskovits isə “dünyanın müxtəlif ölkələrində qız alveri ilə məşğul olan çoxsaylı şəriklərin adlarını gördüyünü” deyib.

Ədliyyə Nazirliyi yalnız qurbanların şəxsi məlumatlarını və istintaqa zərər vura biləcək hissələri gizlətməli idi. Lakin bunun səbəbləri ilə bağlı Konqresə hələ də rəsmi izahat verilməyib.

Maksuellin şok təklifi

Epşteynin yaxın tərəfdaşı Qisleyn Maksvell Konqres komitəsində ifadə verməkdən imtina edib və Konstitusiyanın 5-ci düzəlişinə istinad edib.

Lakin onun vəkili sensasion təklif irəli sürüb:

“Əgər prezident Tramp Maksvellə əfv versə, o, hər şeyi açıq danışmağa hazırdır”.

Vəkil bildirib ki, Qisleyn Maksvell Tramp və Bill Klintonun günahsız olduğunu təsdiqləyə bilər. Hər iki keçmiş prezident Epşteynlə bağlı cinayətlərdə ittiham olunmayıb.

Analitiklər bu addımı siyasi alver kimi qiymətləndirir və bildirirlər ki, Maksvellin azadlıq qarşılığında danışması etibarlı görünmür.

Avropada siyasi fırtına

ABŞ-də proses ləngisə də, Avropada Epşteyn qalmaqalı ciddi nəticələr doğurur.

Böyük Britaniyanın baş naziri Kir Starmer keçmiş Epşteyn dostu Piter Mandelsonu səfir təyin etdiyi üçün tənqid atəşinə tutulub. Kral III Çarlz isə qardaşı Endryu ilə bağlı istintaqlara dəstək verəcəyini açıqlayıb.

Norveçdə keçmiş diplomat araşdırılır, Fransada sabiq nazirin reputasiyası zədələnib, Polşada isə Epşteynin rus kəşfiyyatı ilə əlaqələri yoxlanılır.

ABŞ niyə geri qalır?

“Britaniyada hökumət və monarxiya belə hesabat verir. ABŞ-də isə hələ də real cavab yoxdur”, - deyə Konqres üzvü Ro Hanna qəzəblə bildirib.

Ekspertlər bildirir ki, ABŞ-də Ədliyyə Nazirliyi Trampa yaxın şəxslər tərəfindən idarə olunur və bu, istintaqların qarşısını alır. Avropada isə hüquqi mexanizmlər daha müstəqildir.

Qurbanların səsi

Qalmaqalın əsas qurbanları isə ədalətin gecikməsindən narahatdır.

“Biz nə baş verdiyini bilirik. Həqiqətimizlə uyğun olmayan xəbərləri görəndə buna biganə qalmırıq”, - deyə Epşteynin qurbanlarından Liz Steyn CNN-ə danışıb.

Onun sözlərinə görə, güclü şəxslərin cəzasız qalması qurbanların travmasını daha da dərinləşdirir.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Prezidentindən qalmaqal yaradan açıqlama

    ABŞ Prezidentindən qalmaqal yaradan açıqlama ...

    16-07-2019, 11:47

  • 
  • Nyu-York məhkəməsi Epşteyn işi üzrə materialların dərcinə icazə verib

    Nyu-York məhkəməsi Epşteyn işi üzrə materialların ...

    10-12-2025, 21:57

  • 
  • Trampın xüsusi nümayəndəsinə FSB-nin qadın tərcüməçisini soxuşdurdular - SKANDAL

    Trampın xüsusi nümayəndəsinə FSB-nin qadın ...

    13-06-2025, 22:38

  • 
  • Maliyyəçi Epşteynin həbsxanada ölümünə dair yeni detallar: Kamerasına getməkdən qorxurmuş

    Maliyyəçi Epşteynin həbsxanada ölümünə dair yeni ...

    24-12-2025, 22:21

  • 
  • Amerika Konqresindəki demokratlar Trampı vəzifəsindən kənarlaşdırmağa başladılar

    Amerika Konqresindəki demokratlar Trampı ...

    9-10-2020, 13:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu