GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Pekindən şirkətlərə: ABŞ sanksiyalarına məhəl qoymayın

Pekindən şirkətlərə: ABŞ sanksiyalarına məhəl qoymayın

Tarix: 5-05-2026, 16:30 Bölmə :Dünya Baxış: 69

Çin öz şirkətlərinə ABŞ sanksiyalarına məhəl qoymamaq tapşırığı verib. "Bloomberg" yazır ki, bu misli görünməmiş addım geniş bank sektorunu iki ölkə arasındakı qarşıdurmanın mərkəzinə sala bilər.

ABŞ Xəzinədarlığı ötən həftə Çinin Lyaonin əyalətindəki "Hengli Petrochemical" neft emalı zavodunu milyardlarla dollarlıq İran nefti aldığına görə sanksiyaya məruz qoyub. Vaşinqton bu zavodun İranın neft iqtisadiyyatının saxlanmasında mühüm rol oynadığını bildirir. "Hengli" Çində ikinci ən böyük "çaydan" —müstəqil zavod — hesab olunur və Xəzinədarlığın məlumatına görə, "İranın silahlı qüvvələrindən xam neft alışında əsas rol oynayır".

Pekin indiyədək Vaşinqtonun birtərəfli sanksiyalarını "qeyri-legitim" adlandırıb. Lakin ölkənin nəhəng şirkətlərinin ABŞ maliyyə sisteminə çıxışını itirməməsi üçün onların bu sanksiyalara faktiki şəkildə əməl etməsinə səssizcə yaşıl işıq yandırıb.

Bu ay ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin görüşəcək. Belə bir ərəfədə Çin rəhbərliyi İranla neft ticarətinə görə ABŞ-nin sanksiya siyahısına düşən yerli özəl emal zavodlarına bu məhdudiyyətlərə məhəl qoymamağı tapşırıb. "Hengli Petrochemical" də bu zavodlar sırasındadır.

Kommunist Partiyasının rəsmi orqanı olan "People's Daily" qəzetində dərc edilmiş şərhdə bu qərar ABŞ-nin "əliuzun" yurisdiksiyasını məhdudlaşdırmaq yolunda "mühüm mərhələ" kimi qiymətləndirilib. "Bloomberg" yazır ki, Pekinin bu gedişi ABŞ sanksiya sistemini ciddi sınağa çəkəcək.

34.4 milyard dollarlıq kredit cəlbi

"Hengli" ilə işləyən banklar vəziyyəti anlamağa çalışır və tənzimləyici qurumdan izahat istəyirlər.

"Hengli Petrochemical Co." aprel ayında bildirmişdi ki, bu il özü və bölmələri üçün ümumilikdə 235 milyard yuan (34.4 milyard dollar) kredit cəlb etməyi planlaşdırır.

Çin İran neftinin ən böyük alıcısı sayılır. Ölkənin özəl emal müəssisələri İran, Rusiya və Venesueladan endirimli neft alaraq ABŞ sanksiyalarından yan keçə bilirlər. Banklar üçün alternativlərdən biri isə əməliyyatları yuanla aparmaqdır.

Əvvəllər Çinin Ticarət Nazirliyinə məsləhət vermiş professor Cui Fan bildirib ki, Vaşinqtonun Çin sənayelərini hədəf alan addımlarından sonra Pekin hərəkətə keçməyə məcbur qalıb. O, 2025-ci ildən etibarən bu prosesin daha kəskin xarakter aldığını vurğulayaraq xəbərdarlıq edib ki, sanksiya təzyiqinin artması "Çinin enerji təchizat zəncirinin sabitliyini poza, ölkənin enerji təhlükəsizliyi üçün ciddi risklər yarada bilər".

ABŞ Maliyyə Nazirliyi ötən həftə yaydığı xəbərdarlıqda bildirib ki, Çinin "çaydan" kimi tanınan müstəqil neft emalı zavodları İran neftinin idxalında oynadıqları rola görə sanksiya riski ilə üz-üzədir. Bu müəssisələrin böyük hissəsi ölkənin Şandun əyalətində cəmləşib.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həsən Ruhani: "ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixracını davam etdirəcəyik"

    Həsən Ruhani: "ABŞ-ın sanksiyalarına ...

    5-11-2018, 12:55

  • 
  • ABŞ İranın neft ixracını sıfıra endirmək niyyətindədir

    ABŞ İranın neft ixracını sıfıra endirmək ...

    13-03-2019, 11:36

  • 
  • ABŞ Rusiyanı neft satışında İrana yardım göstərməməyə çağırıb

    ABŞ Rusiyanı neft satışında İrana yardım ...

    20-10-2018, 11:43

  • 
  • ABŞ İran neftinin nəqli və satışına görə altı şirkətə sanksiya tətbiq edir

    ABŞ İran neftinin nəqli və satışına görə altı ...

    2-03-2023, 23:45

  • 
  • ABŞ İrana əlavə sanksiyalar tətbiq edib

    ABŞ İrana əlavə sanksiyalar tətbiq edib ...

    10-05-2019, 15:16


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu