Gundemxeber.az » Dünya » Səhifə 1731
Alman prokurorları regional məhkəmədən müstəqil referendum təşkil etdiyinə görə üsyan ittihamı ilə üzləşən Kataloniya lideri Karles Puçdemonun ekstradisiyasına icazə verməsini istəyib.
Ötən gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının bazasının Həştərxandan Dağıstana, Kaspisysk şəhərinə köçürüləcəyini rəsmən elan edib. Nazir hazırda Kaspiyskdə sahil infrastrukturunun və hərbçilər üçün mənzillərin inşa edildiyini bildirib.
Türkiyə prezidenti Kosovonun baş nazirini Fətullah Gülənlə bağlı məktəblərlə əlaqələrinə görə Türkiyənin altı vətəndaşının deportasiya edilməsini tənqid etdiyinə görə kəskin tənqid atəşinə tutub. Ankara Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edir.
Hindistanda evdən qaçan arvadını evə qayıtmağa razı salan ər sonra həm həyat yoldaşını, həm də sevgilisini kəndin mərkəzində ağaca bağlayaraq şallaqlayıb.
ABŞ-ın nüfuzlu respublikaçı senatoru Lindsi Qraham (Lindsey Graham) prezident Donald Trampa ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmaması ilə bağlı xəbərdarlıq edib. O deyib ki, bu addım İslam Dövləti qrupunun yenidən baş qaldırması və İranın Dəməşqdə Suriya hökuməti üzərində nüfuzunun artmasına gətirib çıxara bilər.
Leninqrad vilayətindəki ağac emalı müəssisəsinin ərazisində güclü yanğın baş verib.
Suriya dövlət mediasının məlumatına əsasən, üsyançıların ilk qrupu bazar günü Şərqi Qutada son istinadgahlarını tərk edərək, ölkənin şimal-qərbində üsyançı qüvvələrin nəzarətində olan ərazilərə üz tutub.
Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?