Gundemxeber.az » Dünya » Səhifə 1788
ABŞ prezidenti Donald Tramp deyib ki, əgər respublikaçıların vergi planı qəbul edilsə “hər kəsin xeyrinə olacaq.”
BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) yardım agentliklərinin Yəməndə yeni humanitar fövqəladə vəziyyətə hazırlaşdığını bildirir. Orada insanlar cəbhə bölgələrində intensiv döyüşlərdən ölkənin qərb sahilinə qaçır.
Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
Dövlət katibi Reks Tillerson deyib ki, Şimali Koreyanın artan nüvə imkanları Birləşmiş Ştatlara birbaşa təhlükədir və Vaşinqton bu cür aqressiyaya qarşı özünü qorumaq üçün “lazım olan bütün tədbirləri görəcək.”
Avropa liderlərinin Brüsseldə keçirdiyi sammiti başa çatıb. Onlar Britaniyanın Avropa İttifaqından ayrılmaq danışıqlarının ikinci mərhələsinə keçməyə hazır olduğuna qərar versə də, immiqrasiya məsələləri ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Ordu rəsmiləri Nigeriya əsgərlərinin Çad Gölündə gizlənən Boko Haram ekstremist qrupu ilə əlaqəsi olan 400 nəfəri həbs etdiyini bildirir. Onların arasında döyüşçülər, həyat yoldaşları və uşaqları da var.
[center] Ermənistanda dərc olunan “Hraparak” qəzeti yazır ki, artıq 3 gündür ərəb şeyxləri oğulları ilə birlikdə Qagik Tsarukyanın qonağıdırlar.
Keçmiş MKİ rəhbəri Maykl Hayden, İraq və Suriyanın unitar dövlət quruluşunun artıq geridə qaldığını və bölgədə PKK dövləti qurulacağını iddia edib.
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko ilə danışıqlar aparmaq qərarına gəlib.
Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül ABŞ-ın Baş prokuroru Cef Seşnsə məktub göndərərək, Rza Zərrabın işi üzrə ABŞ-da ifadə verən keçmiş polis əməkdaşının Türkiyəyə qaytarılmasına çağırış edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?