GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR

Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR

Tarix: 23-06-2026, 18:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 29


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti texnikaların və nəqliyyat vasitələrin cari təmiri xidməti, ehtiyat hissələrinin və sürtkü materialların satınalınması üzrə 16.03.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AMET SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 222.285,08 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 10.06.2026-cı ildə dərc edilib.
Şərtlər toplusuna görə “Amet Services” MMC 10.08.2026-cı ilə qədər “Naxçıvan Aqroservis” ASC-yə aid Kombayn Sampo, Traktor İTM-399, Traktor New Holland,QAZ33023, Renault Medlium, Toyota Camry kimi texnikalara 232 adda ehtiyat hissələri və sürtkü materialları ilə təmin etməli, həm də cari təmir xidməti göstərməlidir.
Maraqlıdır, “Amet Services” MMC bu dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı? MMC-nin “İnstagram” sosial şəbəkə hesabındakı məlumatlarda tikinti texnikası və servis xidməti göstərdiyi bildirilir. MMC sahibkarlara tikinti, anbar və logistika işlərində etibarlı köməkçi olacaq Zoomlion texnikalarını təklif edir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMET SERVİCES” (VÖEN:1302992001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.08.2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78 V, m.299-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələsgərov Vüsal Namid Vaqif oğludur. MMC Babayev Elvin Qeys oğlu tərəfindən təsis edilib.
Qeyd edək ki, “Amet Services” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə 18.06.2026-cı ildə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.
Göründüyü kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Amet Services” MMC-ni 222 min manat dəyərində açıq tenderi udduqdan cəmi 8 gün sonra etibarsız təchizatçılar siyahısına daxil edib.
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda; satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda təchizatçının satınalmalarda iştirakına yol verilmir.
Maraqlıdır “Amet Services” MMC-nin qanuni təmsilçisinin hansı dövlət məmurunun qohumu olduğu aşkar olunub və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkəti etibarsız təchizatçılar siyasına salıb.
Qeyd edək ki, Naxçıvanda yerləşən Şərur “Radio” Zavodu da “Amet Services” MMC ilə 1 ədəd “Riçstaker”in satın alınması üzrə 739.690,08 manat məbləğində müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 20.05.2026-cı ildə dərc edilib. Şərur “Radio” Zavodu tərəfindən 01.12.2025-ci il tarixdə elan edilmiş “1 ədəd Riçstakerin satın alınması” üzrə keçirilən açıq tender prosedurunun qalibinin “AMET SERVİCES” MMC müəyyən edilməsi barədə məlumat isə 24.02.2026-cı ildə dərc edilib.
Buradan suallar yaranır. “Amet Services” MMC “Riçstaker” texnikasının konkret təchizatçısı deyilsə, Şərur “Radio” Zavodu hansı əsasla müqavilə bağlayıb? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, ru.made-in-china.com portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Şərur “Radio” Zavodun almaq istədiyi İSO 20’/40’/45′ konteynerlər üçün Yığım hündürlüyü: 5 qata qədər Ümumi ölçülər: Yanacaq tipi: dizel Maksimal yükqaldırma gücü: 45 ton Texnikanın çəkisi: minimum 70 ton Minimal surət (yüklü): 20 km/saat Dırmanma qabiliyyəti: yüklü min 16%, yüksüz min 26% Minimal dönüş radiusu: 8000 mm Təkər təzyiqi monitorinqi Təkər növü: 18,00-25 40PR Maksimal meyil bucağı: 0°-60° Maksimal hidravlik sistem işləmə təzyiqi: 260 bar Maksimum sürüşmə diapozonu: 800 mm Qorunma sistemləri Yanğınsöndürmə sistemi parametrli “Riçstaker” texnikasının qiyməti 316 000 ABŞ dollarıdır.Bu da təxminən 534 -540 min manat edir.
Göründüyü kimi Şərur “Radio” Zavodu isə “Riçstaker” texnikasının alınması üzrə “Amet Services” MMC 739.690,08 manat məbləğində müqavilə bağlayıb.
Göründüyü kimi “Amet Services” MMC son bir əyzində Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxçıvan Aqroservis” ASC və Şərur “Radio” Zavodu ilə ümumi dəyəri 961 975 manat dəyəri olan iki satınalma müavilələri bağlayıb. Bundan sonra isə MMC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə maraqlar toqquşması halına yol verdiyinə görə etibarsız təchizatçılar siyahısına salınıb.
Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarsız təchizatçılar siyahısına düşmüş “Amet Services” MMC-nin maraqları kimlərlə toqquşub və aldığı dövlət sifarişini yerinə yetirə biləcəkmi?aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır - İLGİNC FAKTLAR...

    “Flora Holland” MMC-yə satınalmalarda belə geniş ...

    9-06-2026, 18:08

  • 
  • Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq

    Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru ...

    21-06-2026, 13:48

  • 
  • “Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

    “Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri ...

    13-03-2026, 13:52

  • 
  • “Azərişıq”da 5 milyondan çox vergi borcu olan “Smart Energy Services” MMC-ni kimlər “qalib” çıxarır – Vüqar Əhmədov, yoxsa Kamil Hüseynov

    “Azərişıq”da 5 milyondan çox vergi borcu olan ...

    18-05-2026, 20:12

  • 
  • "Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır

    "Flora Holland” MMC-yə satınalmalarda belə ...

    10-06-2026, 23:18


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu