GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Tarix: 13-03-2026, 13:52 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 111

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat mexanizimlərinin icarəsi xidmətinin satın alınması üzrə 30.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Masabiqənin qalibi “RAPID SERVICES AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 767.059 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.03.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, şərtlər toplusuna görə MMC-nin texnikaları Bakı, Sumqayıt, Şirvan, Gəncə, Mingəçevir şəhərlərində 0,3 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 550 gün, 1 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 140 gün, mini yükləyici ekskavator İli minimum 2020-ci olan 80 gün, mini ekskavator rezin tırtıllı İli minimum 2020-ci olan 80 gün, kran 50 ton İli minimum 2020-ci olan 10 gün, özüboşaldan 20m3 İli minimum 2020-ci olan 100 gün xidmət göstərəcəklər.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti bir satınalma müaviləsi də 11.12.2025-ci ildə “SN LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə doldurma materiallarının satın alınması üzrə bağlayıb. Bu müqavilənin dəyəri 664.694 manat təşkil edib. Şərtlər toplusuna görə qalib şirkət “Sutikinti” MMC-ni 400 m(3) tikintiyə yararlı çınqılla, 300 m(3) qum-çınqıl qarışığı ilə, 25.000 m(3) optimal tərkibli/ yol döşəməsi üçün tikintiyə yararlı qum-qırmadaş qarışığı ilə, 20.000 m(3) 40x70mm/ yol döşəməsi üçün tikintiyə yararlı mişar daşı qırıntısı ilə 20.000 m(3) tikintiyə yararlı mişar daşı ilə təmin etməlidir.

Burada xatırlamağımız yerinə düşərdi ki, bir neçə il öncə Abşeron yarıımadasında, Bakı şəhərinin ətraf qəsəbələrində mağistral su xəttlərinin yeniləri ilə əvəz olunması işləri birbaşa “Sutikinti” Müəssisəsinə həvalə edilmişdi. Həmin dövrdə mediada Zabrat, Binəqədi, Buzovna qəsəbələrinə çəkilmiş su borularının yenilənməsi işlərində külli miqdarda dövlət vəsaitlərinin mənimsənildiyi yazılırdı. Belə ki, yeni su borularının çəkilişi zamanı qazılmış tranşeyə əvvəlcə qum tökülməli, boru onun üstünə qoyulduqdan sonra yenidən qum əlavə edilməlidir. Amma “Sutikinti” Müəssisəsinin rəhbərliyinin göstərişlərinə əsasən boruların üstü qumla deyil adi torpaqla örtülüb. Əvəzində isə bir kubu 30 manata hesablanmış qumun pulu mənimsənilib. Məlumat verənlərin sözlərinə görə “Şaqman” markalı yük avtomobillərinin hər reysinə 900 manat silinib.

İndi kim zəmanət verə bilər ki, “SN LOGİSTİCS” MMC “Sutikinti” üçün aldığı qum-çınqıl adi torpaqla əvəz etməyəcək, və ayrılan altı yüz min manatdan çox dövlət vəsaitinin çoxunu təyinatından kənarlaşdırmayacaq?

Qeyd edək ki, bu satınalmanın ehtimal olunan qiyməti 1.051.629,77 manat müəyyən edilib.  “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Sutikinti” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş  “SN LOGİSTİCS”  MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, “SN LOGİSTİCS”  MMC 2022-2025-ci illərdə “Azərsu” ASC ilə çınqıl və qum-çınqıl qarışığının satın alınması üzrə ümumi dəyəri 1 688 193 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə 19.12.2025-ci ildə sözügedən MMC ilə tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə 987.660 manat məbləöində satınalma müqailəsi bağlayıb.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti uzun illər  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Trest heç də balaca bir idarə olmayıb və kifayət qədər işçi qüvvəsi, texniki bazaya malik olub.

Müəsisə vaxtılə “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirməklə məşğul olub.Hər il dövlət tərəfindən, yəni “Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə buraya milyonlarla manat vəsait ayrılıb.

2023-cü ilin yayında elektron mediada yer alan məlumatlara görə qurum ya ləğv olunma, ya da başqa bir müəssisəyə birləşdirilməsi prosesində olub. Həmin məlumatlara görə buna səbəb son illər müəsisədə aparılan yoxlamalar olub. Bildirilir ki, müəssisədə külli miqdarda dövlət vəsaiti talan edilib. Hətta buna görə “Azərsu” ASC-nin əvvəlki sədri Qorxmaz Hüseynov ciddi sorğu-suala çəkilib.  Çünki, mənimsəmələrin  böyük əksəriyyəti məhz onun dövründə olduğu iddia edilir. Onun adamı kimi isə qohumu, müəsisənin birinci müavini vəzifəsini daşıyan Nurəli Cəbrayılovun adı hallanırdı.

Göründüyü kimi vaxtıilə “Azərsu” ASC-nin tabeliyində olan “Sutikinti” Müəssisəsi kifayət qədər böyük bir qurum olub və balansında çoxsaylı müxtəlif texnikaları olub. Maraqlıdır bu texnikalar necə olub ki, indi “Sutikinti” MMC -yə texnikaları icarəyə götürmək zərurəti yaranıb.

2025-ci ilin iyulunda yayılan məlumatlarada isə “Sutikinti” Müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyi bildirilir. Qurum “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti” Publik Hüquqi Şəxsin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib. Qeyd edək ki, həmin dövrdə sözügedən qurumun dövlətə 5 842.08 manat vergi borcu olub.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətn direktoru Orxan İmanlıdır. O, daha əvvəl Sumqayıt Melioservis İdarəsinin rəisi olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2024-cü ilin oktyabrından “Sutikinti” MMC-yə rəhbər təyin edilib. Xatırladaq ki, Sumqayıt Melioservis İdarəsi carı ilin fevralın 18-də ləğv edilib. Orxan İmanlının Sumqayıt Melioservis İdarəsini talaması barədə də məlumatlar yayılıb./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

    Milli Arxiv İdarəsi üç yüz manata icarəyə ...

    9-09-2025, 23:43

  • 
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

    Milli Arxiv İdarəsi üç yüz manata icarəyə ...

    12-09-2025, 23:49

  • 
  • “Azərenerji” ASC- dən daha bir şübhəli tender – 6,4 milyonluq müqavilə kiminlə bağlanıb

    “Azərenerji” ASC- dən daha bir şübhəli tender – ...

    15-10-2024, 13:11

  • 
  • “Azergold” QSC ilə “LAB TEST” QSC-nin işbirliyindən şübhələnməmək olmur

    “Azergold” QSC ilə “LAB TEST” QSC-nin ...

    14-06-2022, 13:30


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu