GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı İnzibati Məhkəməsinin (sədrinin) ÖZ(BAŞINALIQ) MƏCƏLLƏSİ Konstitusiyadan üstündür?

Bakı İnzibati Məhkəməsinin (sədrinin) ÖZ(BAŞINALIQ) MƏCƏLLƏSİ Konstitusiyadan üstündür?

Tarix: 19-12-2025, 20:30 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 551


Məhkəməyə müraciətə, məhkəmə qərarının icrasına borclu ƏƏSMN-in rüşvəti ilə qadağa qoyulub


  Konstitusiyanın qəbulunun 30 , dövlət suverenliyinin tam bərpasının 5 illiyi ilə ilgili 2025-ci ilin “ Suverenlik və Konstitusiya ili” elan edilməsindən  gözləntilər doğrulmadı.  Yenə də   Konstitusiya sözdə ən yüksək qüvvədə, faktiki olaraq qüvvəsiz oldu. “Məhkəmə müstəqilliyi” o həddə çatdı ki, konstitusion hüquqa- məhkəməyə müraciətə görə cərimələr anında icra sənədi verilməklə qüvvəyə mindirildi, tələbkarın icranı tələb edən  ərizələrinin qəbulundan isə imtina edildi.  

Bakı İnzibati Məhkəməsinin “müstəqil özbaşınalığı” isə bütün hədləri keçdi. Özbaşınalığa baxın, tələbkar ərizə vermədikdə belə məhkəmə qərarının icrasını təmin etmək, icra haqqında qərardad çıxarmaq xidməti vəzifəsinə görə qərarı çıxaran məhkəmənin borcu olsa da, Bakı İnzibati Məhkəməsi nəinki xidməti vəzifəsini icra edir, əksinə tələbkarın verdiyi ərizələrin qəbulundan da imtina edir. Özü də sərgiləyici formada. Elektron kabinetdən məhkəməyə təqdim edilən ərizələr anında “imtina edildi” dələduzluğu ilə qeydə alınmır. Bunun , ən azı, dələduzluq faktı olduğu, məhkəmə sədrinin göstərişi ilə edildiyi şübhə doğurmur. Nədən sədrin razılığı olmasa, heç bir texniki işçi, məsləhətçi özbaşına məhkəməyə kabinetdən verilən ərizənin qəbulundan imtina edə bilməz! 

Bəs məhkəmə sədrinin bu özbaşınalıqda nə marağı ola bilər? Aydındır ki, rüşvət sifarişi! Özgə nə maraq ola bilər ki, məhkəmə özünün qəbul etdiyi qərar(lar)ın icrasına qadağa qoysun, 10 ildir tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin növbədənkənar mənzil təminatı , son 3 ildə yarıqat edilən pensiya hüququnun təminatına imkan verməsin?! Bəyəm Bakı İnzibati Məhkəməsinin özünün özbaşınalıq məcəlləsi, özünün müstəqil konstitusiyası var? Dövlətin əsas qanununun – Konstitusiyasının 129-cu maddəsində, prosessual məcəllədə məhkəmə qərarlarının dövlətin adından çıxarıldığı, icrasının hamıya məcburi olduğu, icra edilməməsinin qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olduğu yazılıb. Bu yazılı Konstitusiya, bu da məhkəmə sədrinin öz(başınalıq) məcəlləsi! Bəs Bakı İnzibati Məhkəməsini bu özbaşınalığa, rüşvəti Konstitusiyadan üstün tutmağa nə vadar edir? Aydındır ki, borclu ƏƏSMN-in tələbkar Qarabağ qazisinin pensiyasından kəsdiyi rüşvət şirinliyi! Hesablama Palatası, prokurorluq, MHŞ, Ombudsman, Maliyyə Nazirliyi hesablamaqda çətinlik çəkməz, elə sosial iqtisadçı deputatlar da, özünüz də hesablaya bilərsiniz, 3 ildir Qarabağ qazisinin pensiyasına 7 il qabaqkı məhkəmə qərarı ilə əlavə olunan 110 manatın verilməsinin dayandırılmasından toplam 5 min manatdan çox maddi ziyan dəyib. Və bu ziyan ildən-ilə artmaqdadır.

 Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasından onun qanunsuz , əsassız olması ehtimallarına söykənməklə imtina olunması , icraya məhduduiyyətlər qoyulması qadağandır. Konstitusiya Məhkəməsinin 13.02.2007-ci il tarixli Cavid İsmayılzadənin şikayəti ilə bağlı QƏTİ, TƏFSİR OLUNABİLMƏZ Qərarında belə presedent qəbul olunub.

Bakı İnzibati Məhkəməsinin prosessual məcəlləyə, Konstitusiyaya öz(başınalıq) məcəlləsi ilə qadağa qoymasına kim son qoyacaq? Hələ ki, ali dövlət hakimiyyəti, prokurorluq orqanları, Məhkəmə Hüquq Şurasını nişan verir, Şura isə məhkəmənin öz(başınalıq) “hüquq”unu müdafiə edir.

Belə “hüquq”la nə qədər müstəqil, konstitusiyalı yaşamaq olar?


Məğrur Bədəlsoy

P.S. Baş prokurorluğun 161, 961 çağrı mərkəzləri son 3 ildə yüzə yaxın şikayəti qeydə alıblar, amma bir dəfə də olsun adi izahat da alınmayıb. 30 ay qabaq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov pensiya məbləğinin qanunsuz olaraq azaldılması faktında cinayət əlamətlərinin olmadığını, məhkəməyə müraciət etmək hüququnu izah edib. (?-məhkəməyə müraciətə qadağa qoyulubsa, ərizələrin qəbulundan imtina edilirsə, hansı məhkəmə təminatı hüququndan danışılır?) Bu günlərdə ən yüksək statuslu hakimiyyət orqanlarından birinin əməkdaşının dediyi isə lap “qara otaqda olmayan qara pişiyi tutmaq” təklifi oldu: “ Get məhkəməyə, yapış yaxalarından!” Yaxa ələ verən var ki? Bir də “yaxadan yapışmaq” “cinayəti heç amnistiyaya da düşmür.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir

    Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə ...

    8-08-2025, 10:11

  • 
  • BİM-nin Konstitusiyaya, məhkəməyə müraciətə qadağa qoymasına  qiymət verilmir - SƏBƏB?

    BİM-nin Konstitusiyaya, məhkəməyə müraciətə ...

    7-12-2025, 11:48

  • 
  • Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” hoqqabazlığı

    Bakı İnzibati Məhkəməsinin “elektron məhkəmə” ...

    30-10-2024, 16:17

  • 
  • Hakim QAZILAR , yoxsa məhkum QAZİLƏR dövlətcanlıdır?

    Hakim QAZILAR yoxsa məhkum QAZİLƏR dövlətcanlıdır? ...

    5-11-2025, 20:46

  • 
  • Rəşid Rzayev məhkəmə qərarlarının icrasına qadağa qoymağa sədrlik edir?

    Rəşid Rzayev məhkəmə qərarlarının icrasına qadağa ...

    17-08-2022, 10:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu