GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR

Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR

Tarix: 16-01-2026, 21:02 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 15

Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR
Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı suallar getdikcə artır. Xüsusilə də, dövlət qulluğunda yüksək vəzifə tutan şəxslərə, habelə Agentliyin İdarə heyətinin sədri Aygün Əliyevanın rəfiqələrinə məxsus və ya onlarla birbaşa əlaqəli olan QHT-lərin mütəmadi şəkildə qrant alması artıq təkcə etik məsələ deyil, açıq korrupsiya riskinə çevrilən sistem problemidir.

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, belə nümunələrdən biri Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyevin adı ilə bağlı olan “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyidir.

Açıq mənbələrdən məlum olur ki, sözügedən QHT 21 iyul 2006-cı ildə Ədliyyə Nazirliyində 1106-Q12-2177 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçib. Təşkilat Hacıyev Kəyan Cabbar oğlu və Talıbov Barat Rövşən oğlu tərəfindən yaradılıb. Uzun illər QHT-yə məhz Kəyan Hacıyev sədrlik edib. Son dövrlərdə isə formal xarakter daşıyan dəyişiklik edilərək sədr postuna Reyhanə Hacıyeva gətirilib.

Məmurun QHT-si niyə var və bu QHT dövlət büdcəsindən maliyyələşməlidirmi?

“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi son illərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aşağıdakı qrantları alıb:

· 2022-ci il – “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” – 8000 manat,

· 2024-cü il – “Elektron xidmətlərdən istifadənin təşviqi” – 8500 manat,

· 2025-ci il – “Uğura doğru addımla” – biznes fəaliyyəti üzrə təlimlər – 10000 manat.

Bu layihələrin mahiyyətinə baxdıqda elementar bir uyğunsuzluq ortaya çıxır. Nə layihələr təşkilatın adına və davamlı inkişaf konsepsiyasına uyğun gəlir, nə də bir-birini tamamlayan sistemli fəaliyyət proqramı mövcuddur. Bu isə belə bir təsəvvür yaradır ki, layihənin məzmunu yox, təşkilatın “kimə məxsus olması” əsas meyar kimi götürülüb.

Məhz bu nöqtədə artıq söhbət sadəcə etikadan yox, korrupsiyaya yol açan mexanizmdən gedir.

Məmurun işi QHT yaratmaqdırmı?

Dövlət məmurunun bir əsas vəzifəsi var – ona etibar edilmiş dövlət işini icra etmək. Məmur nə biznesmen, nə QHT rəhbəri, nə də qrant ovçusu olmalıdır. Dövlət qulluğunda çalışan bir şəxsin QHT sektorunda aktiv iştirakı, üstəlik həmin QHT-nin dövlət büdcəsindən maliyyələşdirilməsi açıq şəkildə maraqların toqquşmasıdır.


Burada sual sadədir:

Məmura məxsus QHT-nin ardıcıl qrantlar alması hansı maraqlara xidmət edir?


Köhnə münasibətlər, yeni qrantlar?

Məsələni daha da düşündürücü edən faktlardan biri də odur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olmuş, hazırki deputat Azər Allahverənov uzun müddət Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri olub. Həmin İctimai Şuranın fəaliyyətinin əlaqələndirilməsi isə məhz Kəyan Hacıyevə tapşırılıb.

newsPhoto

Bu münasibətlər fonunda Kəyan Hacıyevə bağlı QHT-nin ardıcıl qrantlar alması “təsadüf” kimi görünmür. Əksinə, bu hal şəxsi əlaqələrin dövlət qərarlarına təsir göstərməsi ehtimalını gücləndirir. Buna oxşar başqa məqamlar da var ki, qarşıdakı yazılarımızda onlara da toxunacayıq.

Bu, tək bir QHT-nin problemi deyil!

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində məmurlara, vəzifəli şəxslərə, onların yaxın çevrəsinə və ya nüfuzlu şəxslərlə əlaqəli QHT-lərə üstünlük verilməsi halları ilə illərdir qarşılaşırıq, görürük. Nəticədə isə real sosial problemlərlə məşğul olan, cəmiyyət üçün çalışan, lakin “tapşırığı” olmayan QHT-lər kənarda qalır.
Bu proses dövlət büdcəsinin təyinatından yayınmasına, QHT sektorunun nüfuzdan düşməsinə və ictimai etimadın sarsılmasına gətirib çıxarır.

Bu gün əsas məsələ ad çəkmək yox, sistemi ifşa etməkdir. Məmur QHT-ləri, formal layihələr və ardıcıl qrantlar davam etdikcə, korrupsiyaya qarşı mübarizədən danışmaq sadəcə söz olaraq qalacaq.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi isə cəmiyyətə açıq şəkildə cavab verməlidir:

· Məmurla əlaqəli QHT-lər necə qiymətləndirilir?

· Maraqların toqquşması mexanizmi niyə işə düşmür?

· Layihələrin real nəticələri niyə ictimaiyyətə açıqlanmır?

· Müsabiqədənkənar qrantlar kimlərə və hansı kriteriyalar əsasında verilir?

Bu suallar cavabsız qaldıqca, “dövlət dəstəyi” adı altında vəsaitlərin kimlər arasında bölüşdürüldüyü barədə şübhələr daha da artacaq.(Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə ...

    9-12-2025, 12:57

  • 
  • Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün Gənclər Fondunun razılığını alacaq - Yeni qayda

    Mədəniyyət Nazirliyi QHT-lərə qrant vermək üçün ...

    25-03-2019, 11:00

  • 
  • Hökumət yanında “gözükölgəli” qeyri-hökumət təşkilatları

    Hökumət yanında “gözükölgəli” qeyri-hökumət ...

    30-04-2025, 16:22

  • 
  • "Aygün Əliyeva Röya Ayxanın prodüserinin Agentliyə gətirdiyi əməkdaşlara..." - ŞOK FAKTLAR

    "Aygün Əliyeva Röya Ayxanın prodüserinin ...

    15-12-2023, 21:33


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu