Gundemxeber.az » Ölkə » İranın yeni ali dini lideri Londonda İsrail səfirliyi önündə mənzillərə sahibdir
İranın yeni ali dini lideri Ayətullah Müctəba Xamenei Londonun elit mərkəzində daşınmaz əmlaka sahibdir. “Bloomberg”in araşdırmasına görə, Ayətullah Müctəba Xameneinin Böyük Britaniyanın paytaxtında pəncərələri İsrail səfirliyinə açılan mənzilləri var.
Onun sahib olduğu daşınmaz əmlakın dəyərinin 50 milyon funt sterlinqdən artıq olduğu qiymətləndirilir. “Bloomberg”in apardığı jurnalist araşdırmasında qeyd edilir ki, mənzillər Kensington Palace yaxınlığında yerləşən binanın altıncı və yeddinci mərtəbələrində yerləşir.
Binanın birinci mərtəbəsində xidmət personalı üçün nəzərdə tutulmuş otaqlar da satın alınıb.
Araşdırma həmçinin göstərir ki, Müctəba Xameneinin Londonun şimalında yerləşən Hampstead rayonunda 11 malikanəsi var. O, dünyanın müxtəlif ölkələrində yerləşən, ümumi dəyəri yüz milyonlarla funt sterlinq təşkil edən geniş daşınmaz əmlak portfelinə sahibdir.
Jurnalistlər müəyyən ediblər ki, bu əmlaklar İranın beynəlxalq sanksiyalardan yayınaraq həyata keçirdiyi neft ticarətindən əldə edilən çirkli pullar hesabına alınıb.
Gundemxeber.com
2-02-2018, 17:05
8-05-2021, 19:12
1-03-2026, 17:11
8-03-2026, 15:03
2-04-2020, 12:25
Sorğu
Yeni dizaynımız necədir?