GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayib

Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayib

Tarix: 6-04-2026, 17:08 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 9

Qazax-Tovuz Regional Təhsil İdarəsi “UNİKAMP” MMC ilə icarə müqaviləsini hansı əsaslarla bağlayibAzərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə binanın İcarəyə götürülməsi üzrə “UNİKAMP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 78.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin icarəyə götürdüyü bina Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşir. 2026-cı ilin aprel ayının 1-dən dekabrın 31-nə qədər olan 9 aylıq dövrü əhatə edən bu müqavilə, aylıq icarə haqqının təxminən 8.600 manatdan çox olduğunu göstərir ki, bu da region üçün kifayət qədər yüksək göstərici hesab oluna bilər.

Apardığımız araşdırma zamanı məlum oldi ki, “UNİKAMP” MMC Şəmkirdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən əlavə Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi ilə də 10.05.2024-cü ildə 60.000 manat dəyərində icarə müqaviləsi bağlayıb. Şəmkir rayon Kimya-Biologiya Təmayüllü Liseyi Şəmkir rayonu Dəllər şəhər tipli qəsəbəsi N.Nərimanov ev 3-də yerləşir. Liseyin direktoru Səməndər Həsənovdur.

Maraqlıdır, Bakı şəhərində qeydiyyatda olub, Şəmkirin Dəllər qəsəbəsində bina icarəyə verən kimdir?

Qeyd edək ki, “UNİKAMP” (VÖEN: 1701551681) Məhdud Məsuliyyətli Cəmiyyətinin 06.12.2013-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev.55, m.23, qanuni təmsilçisi kimi isə Rəfiyev Adil Arif oğlu qeyd olunub.

Qeyd edək ki, “UNİKAMP” MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Nuriyev Elşad Nuru oğlu olub. Daha sonra Quliyev İlkin Saleh oğlu, Əliyev Azər Aqil oğlu müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olublar.

MMC-yə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 03.06.2021-ci il göstərilir. Vergi ödəyicisi olaraq MMC hazırda passiv vəziyyətdədir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “UNİKAMP” MMC-nin vergi ödəyicisi olaraq VÖEN-i passiv durumdadır.

Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Belə olan halda Qazax-Tovuz Regional Təhsil İdarəsi fəaliyyəti dayandırılmış hüquqi şəxsin, “UNİKAMP” MMC-nin vergidən yayınmasına şərait yaratmış olub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Dadaşov Vüqar İsrəfil oğludur.

Vüqar Dadaşov 2005-ci ildə Bakı Dövlət universitetinin bakalavr səviyyəsini “Tarix” ixtisası üzrə bitirmişdir. 2016-cı ildən 2020-ci ilə qədər Neftçala şəhər 3 saylı tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2020-ci ildə Neftçala Rayon Təhsil Şöbəsinə müdir təyin olunmuşdur. 2022-ci ilin may –avqust ayları ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri vəzifəsində çalışmışdır.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib. Daha sonra o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib. 2025-ci ilin aprelindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi hansı məqsədlə icarəyə götürdüyü bəlli olmayan bir obyektin istifadəsinə Şəmkir rayonunda ayda 9 min manata yaxın dövlət vəsaiti ayırıb. Bu həddindən artıq şişirdilmiş bir rəqəmdir. Həm də vergi ödəyicisi olaraq VÖEN-i passiv durumda olan bir şirkətlə müqavilə bağlayıb. Bu şirkət nəinki satınalmada qalib olmalı, əslində dərhal kənarlaşdırılmalı idi. Amm göründüyü kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi buna şərait yaradıb.Maraqlıdır, nəyin müqabilində./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağstafada fəaliyyət göstərən uşaq bağçalarında özbaşınalıqların ardı-arası kəsilmir - İDDİA

    Ağstafada fəaliyyət göstərən uşaq bağçalarında ...

    18-09-2025, 13:34

  • 
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Rayon Təhsil Şöbələri ləğv edildi

    Rayon Təhsil Şöbələri ləğv edildi ...

    26-07-2014, 12:54

  • 
  • Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun yanacağını 1,5 milyona daşıtdırır – Analoqu olmayan işdi

    Elm və Təhsil Nazirliyi 2 milyona aldığı odun ...

    26-12-2025, 10:43

  • 
  • Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

    Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili ...

    10-10-2025, 22:45


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu