GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

Tarix: 8-05-2026, 20:22 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 10
omd-aynur

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə keşirilmiş kotirovka sorğusuna 10.03.2026-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.793,96  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Məlumat satınalmaların portalında 10.03.2026-cı ildə dərc edilmişdir.

Qeyd edək ki, tibbi tullantıların  zərərsizləşdirilməsi Nazirlər Kabinetinin “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarının 7.8 bəndinə əsasən B və C sinfinə aid tullantıların zərərsizləşdirilməsi mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş üsulla aparıla bilər.

Tullantıların müəssisənin ərazisində mərkəzləşdirilməmiş üsulla termiki zərərsizləşdirilməsi üçün qurğuların yerləşdirilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin razılığı ilə həyata keçirilir. Mərkəzləşdirilmiş üsulla tibbi tullantıların zərərsizləşdirilməsi iri zibilyandıran zavodların sobalarında aparılır. Həmin zavodun yerləşdiyi yer, istismar şəraiti, ətraf mühitə təsir səviyyəsi müvafiq normativ sənədlərlə tənzimlənir.

Qeyd edək ki, “BT TEXNO SERVİS”  MMC tullantıların daşınması və zərərsizləşdirilməsi üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biridir. Bu şirkət 21.01.2025-ci ildən 16.03.2026-cı ilə qədər dəyəri yüz minlərlə manat olan 50 satınalma müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “BT TEXNO SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS”  MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə “BT TEXNO SERVİS”  MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “BT TEXNO SERVİS” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda  Pediatriya İnstitutunun Satınalma Komissiyası buna yol vermişdir.  Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Satınalma Komissiyası tərəfindən qanun pozunuları bunlarla bitmir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir sıra kotirovka sorğusu müsabiqələrində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqavilələri bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bu həm də Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmalarına nəzaritin olmadığı deməkdir.

Qeyd edək ki, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxovadı. O, sözügedən vəzifəyə Səhiyyə naziri Teymur Musayevin əmri ilə 2023-cü ilin sentyabrında təyin edilib. Əldə etdiyimiz ən son son məlumatlara görə onun bu vəzifəyə təyanıtanda Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahiyyəsi kafedrasının müdiri Ramiz Poluxovun böyük rolu olub. Aynur Poluxova həm də 2016-cı ildən ATU, II Uşaq xəstəlikləri kafedrasında dosent işləyir.

Qeyd edək ki, Aynur Poluxovanın rəhbərlik etdiyi Pediatriya İnstitutunda qanunsuzluqlara təkcə satınalmalarda yol verilmir. Bu günlərdə mediaya müraciət edən vətəndaş aidiyyatı orqanlara  Elmi-Tədqiqat Pediatriya İnstitutunda baş alan özbaşınalığa etiraz edib. (Məqaləni bu linkdə ətraflı oxuya bilərsiniz https://gundelikxeber.org/gundem/13812-elmi-tdqiqat-pediatriya-institutunda-sogan-kimi-qabigimizi-soydular.html )Vətəndaş bilidirir ki, 40 günlük körpəsini ağır vəziyyətdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu çatdırıblar. Uşaq təcili əməliyyata alınıb. Lakin olanlar bundan sonra başlayıb. Vətəndaş bildirir ki, əməliyyatdan çıxdıqdan sonra bizdən pul tələb etdilər bildirdilər ki, özəldə belə əməliyyatlar 1000-1500 manatdır amma siz 600 manat verməlisiz məcbur olub pulu verdik. Həmçinin tibb bacıları da pul istəyirdilər.

Qeyd edək ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən satınalmalarda yol verilən bu kimi qanun pozuntularına aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğuya cavab verilmədi. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...

    TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar ...

    23-05-2025, 13:00

  • 
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender müəmması-FOTOFAKT

    Elmi-Tədqiqat Pediatriya İnstitutunun tender ...

    3-10-2022, 15:29

  • 
  • Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

    Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli ...

    15-04-2026, 22:25

  • 
  • İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

    İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl ...

    19-12-2025, 22:20

  • 
  • Nazirlik vəzifəli şəxsi cərimələdi

    Nazirlik vəzifəli şəxsi cərimələdi ...

    29-08-2017, 16:10


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu