GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? -“İnqilabi dəyişiklik”liyin gerçək üzü

Tural Əliyev qardaşını nəzarət etdiyi quruma necə yerləşdirdi? -“İnqilabi dəyişiklik”liyin gerçək üzü

Tarix: 18-06-2026, 22:40 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 69

Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq…

Son üç ildə Azərbaycan QHT sektoru üzrə rəsmi tribunalardan, konfranslardan, iclas zallarından eyni sözlər eşidildi: şəffaflıq, hesabatlılıq, islahat, inkişaf. Bu sözlər hər toplantıda var. Lakin onların arxasında duran reallıq tamamilə başqa mənzərəni ortaya qoyur.

Faktlar kifayət qədərdir. Amma baxan yoxdur. Daha doğrusu — baxmaq istəyən yoxdur. Vaxtilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva da yayılmış səs yazısında elə bu fikri səsləndirib: araşdırsalar, istəsələr taparlar. Görünən odur ki, araşdırmırlar, istəmirlər. Amma, biz isə öz peşə fəaliyyətimizi davam etdirərək araşdırmalarımızı davam etdiririk!Maraqlıdır, nəhayət o biri neqativ məsələlər kimi cənab Prezidentin göstərişinimi gözləyirlər… Amma bu sahəyə nəzarət edənlərin baxmaları məsləhətdir! Çünki baxsalar, görəcəklər: bu “inqilab” sektorun inkişafı üçün deyil, seçilmiş bir dairənin varlanması üçün düzənlənib.

Tural Əliyev 21 dekabr 2023-cü ildə Prezident Administrasiyasında QHT sektorunun müdiri vəzifəsinə təyin edilib. QHT-lər, həmkarlar təşkilatları və bir sıra vətəndaş cəmiyyəti strukturları onun kurasiyasına daxildir. Yəni — böyük imkanlar, böyük məsuliyyət.

Lakin vəzifəyə gəldikdən qısa müddət sonra bu geniş kuratorluq bir başqa funksiyanı da yerinə yetirməyə başladı: öz adamlarını sistemin içinə yerləşdirmə mexanizmi.

 Bu köhnə ənənənin yeni üzüdür.

Tural Əliyevin qardaşı Vüsal Əliyev peşəsi etibarilə reklam sahəsinin adamıdır. Elm, təhsil, həmkarlar hərəkatı ilə heç bir peşəkar əlaqəsi olmayıb.

2024-cü ildə Vüsal Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının protokol şöbəsində sektor müdiri vəzifəsinə təyin edildi. Bir müddət sonra – şöbə müdirinin müavini. Heç bir açıq müsabiqəsiz, heç bir testsiz, heç bir elansız. Çünki ehtiyac yox idi — qardaşı tapşırıq verdi və onu vəzifəyə götürdülər. .

Sonra isə Vüsal Əliyev daha da irəli çəkildi. 2025-ci ildə Vüsal Əliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri oldu. Bu komitənin tarixinə baxın — əksər rəhbər şəxslər ya pedaqoji fəaliyyətlə məşğul olub, ya Qabaqcıl Təhsil İşçisi adına layiq görülüb, ya da Elm və Təhsil Nazirliyinin müxtəlif qurumlarından buraya cəlb olunub.

Vüsal Əliyev isə reklam sektorundan gəldi — bilavasitə müşavir kürsüsünə. Bu, heyrətamiz bir “inqilabi yüksəliş”dir.

Bir vəzifəli şəxsin öz nəzarəti altındakı quruma qardaşını yerləşdirməsi — bu, etik pozuntuların ən ağırıdır. Amma burada söhbət yalnız bir hadisədən getmir. Bu bir modeldir, bir davranış normasına çevrilmiş sistemdir.

Düşünün: neçə nəfər var idi ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında müşavir vəzifəsinə həqiqətən layiq idi — uzun illər sektorda çalışmış, peşəkar biliyini sübut etmiş, fəaliyyətiylə tanınan? Onlar qaldılar öz yerlərində. Çünki onların “doğru” qardaşı yox idi.

Tural Əliyev isə şəffaflıqdan, qayda-qanunlardan danışır, görüşlər keçirir, nitqlər söyləyir. Bəs öz qohumlarını kurasiyasındakı qurumların ən “yağlı” yerlərinə yerləşdirərkən həmin qaydalar yadına düşürmü?

Münasib adamları vəzifəyə yerləşdirmək bu tablonun yalnız bir hissəsidir. Digər hissəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant mexanizmidir.

Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz  son illər bu mexanizmdəki pozuntuları araşdırıb, ictimailəşdirməkdəyik. Amma nəticə? Eyni pozuntular davam edir. Çünki tənqid bu insanlar üçün həqiqətən önəmli deyil. Onlar üçün əhəmiyyətli olan: istədikləri adamlara qrant vermək, öz qohum və tanışlarını yaxşı vəzifələrə yerləşdirmək.

Xüsusi qeyd etmək lazımdır: tanışlara QHT qeydiyyatı açdırmaq, həmin təşkilatlara dövlət büdcəsindən maliyyə ayırmaq — bu faktlar açıqdır, lakin heç kim cavabdeh tutulmur.

Bu biabırçı vəziyyətin ən ağır nəticəsi — ölkənin vətəndaş cəmiyyəti institutlarının öz mahiyyətini itirməsidir.

QHT-lər, həmkarlar ittifaqları, ictimai birliklər — bunlar öz təşəbbüslərini və mövqelərini getdikcə daha çox itirir. Artıq onlar yalnız direktivlər əsasında hərəkət edir. Sosial problemlərə müstəqil yanaşma yoxdur. Cəmiyyətin maraqlarını təmsil etmək iddiası yoxdur.

Üstəlik, bu təşkilatların profillərinin özü dəyişir. Reklam adamları elm-təhsil həmkarlar ittifaqını “idarə edir”. Tanışlar QHT rəhbəri olur. Sistem içdən boşalır.

Bu mənzərədə ölkənin əsl vətəndaş cəmiyyəti hərəkatının sağ qala bilməsi böyük sual altındadır.

“İnqilabi dəyişiklik” dedikdə nə başa düşülür? Bu suala cavab verən bir tərif artıq meydandadır:

Öz qardaşını nəzarətində olan qurumda — müsabiqəsiz, elansız, testsiz — yüksək maaşlı vəzifəyə yerləşdirmək. Üstəlik, aidiyyəti olmayan sahəyə cəlb etmək. Sonra isə tribunaya çıxıb şəffaflıqdan danışmaq.

Budur, «inqilabın» mahiyyəti. Sözlə bir şey, əməllə başqa şey. Nitq — publika üçün. Vəzifə — qardaş üçün.         

Sonda Tural Əliyevə bir neçə sual ünvanlamaq istəyirik:

— Vüsal Əliyev hansı müsabiqə ilə həmkarlar konfederasiyasına daxil oldu? Həmin müsabiqə harada dərc olunmuşdu?

— Protokol şöbəsindən müşavir vəzifəsinə keçid hansı meyarlar əsasında baş verdi?

— Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi sədrinin müşaviri vəzifəsi üçün hansı iş elanı yayıldı?

— Reklam sahəsindən gələn bir şəxs bu sahəyə hansı peşəkar töhfəni verə bilər?

— Şəffaflıqdan danışan vəzifəli şəxs öz davranışını bu tələblərə görə necə qiymətləndirir?

Bu suallar cavabsız qaldıqca, “inqilabi dəyişiklik” ifadəsi yalnız bir şeyi ifadə etməyə davam edir: köhnə ənənənin yeni adını./yenixeberorg.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” - 2-3 min manatlıq layihəyə 1000…

    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə ...

    9-12-2025, 12:57

  • 
  • QHT Agentliyinin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”

    QHT Agentliyinin icraçı direktorunun səs yazısı: ...

    4-03-2024, 13:53

  • 
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • "Aygün Əliyeva Röya Ayxanın prodüserinin Agentliyə gətirdiyi əməkdaşlara..." - ŞOK FAKTLAR

    "Aygün Əliyeva Röya Ayxanın prodüserinin ...

    15-12-2023, 21:33

  • 
  • Bu da "dostlarımız"ın bizə bayram hədiyyəsi: Növbə yenixeber.org-a çatdı

    Bu da "dostlarımız"ın bizə bayram ...

    19-03-2026, 22:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu