GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO

Tarix: 21-05-2026, 19:41 Bölmə :Cəmiyyət / Bölgə Baxış: 4



Bakının Yasamal rayonu ərazisində yaşayış binaları inşa edən "Lux Residence" şirkəti ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.


 Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 31 ünvanında yaşayan İsayev Famil Zahir oğlu yazır ki, "Lux Residence" şirkətinin apardığı inşaat işləri onun evini yararsız hala salıb. Famil İsayevin sözlərinə görə, şirkət bunu məqsədli şəkildə edib.

"Evdən çıxmağımızı istəyirlər. Amma az kompensasiya verirlər. Təsəvvür edin, yaşadığımız evin ümumi sahəsi 51,7 kvadratmetrdir, amma onlar hesab edirlər ki, 32,5 kvadratmetrdir. Təklif etdikləri məbləğ hətta 32,5 kvadratmetr üçün də yetərli deyil", deyə şikayətçi bildirir.

Famil İsayevin sözlərindən məlum olur ki, "Lux Residence" əvvəlcə onlara 91 000 manat kompensasiya təklif edib:

"Təbii ki, biz buna etiraz etdik. Bizi məhkəməyə verdilər. İddiada göstəriblər ki, guya yaşadığımız ev qeyri-qanuni tikilidir. Halbuki bu ev bizim baba mülkümüzdür. Evi 1916-cı ildə atamın babası inşa edib. Babam bu evdə anadan olub. Nənəm bu evə gəlin gəlib. Yəni 110 ildir bu ev bizdədir. Bu müddət ərzində evin qeyri-qanuni tikili olduğu üzə çıxmayıb?".

Şikayətçi yazır ki, Yasamal Rayon Məhkəməsi də iddianın absurdluğunu görüb və məsələni kompensasiya mübahisəsinə çevirib. Famil İsayevin sözlərinə görə, bundan sonra şirkət evin sahəsini ölçmək üçün "Central Consulting" şirkətinə müraciət edib:

"Biz həmin şirkəti evə buraxmadıq. Amma şirkət saxta ekspertiza rəyi hazırlayıb. Rəydə evin sahəsinin 32,5 kvadratmetr olduğu yazılıb. "Central Consulting" şirkətinin saxtakarlığını elə hazırladığı rəy vasitəsilə sübut etmək mümkündür. Təsəvvür edin, rəyə yazıblar ki, ev kərpicdən tikilib. Halbuki ev qaya daşlarından inşa edilib. Bundan başqa, evin qapısının dəmir materialdan olduğu yazılıb, amma qapı taxtadandır. Rəydə qeyd ediblər ki, ev 1 mərtəbəlidir, amma iki mərtəbəlidir. İkinci mərtəbədə əmim yaşayır. Bütün bunları bir kənara qoyaraq sual edirik: "Central Consulting" şirkəti evə baxmadan bu rəyi necə hazırlayıb? Bu açıq-aşkar saxtakarlıq deyilmi?"

Famil İsayevin sözlərinə görə, "Central Consulting" şirkətinin rəyini qəbul etmədiyinə görə məhkəmə tərəfindən evin ekspertizası həyata keçirilib:

"Məhkəmənin hazırladığı rəydə isə açıq-aşkar yazılıb ki, evin ümumi sahəsi (çöldən-çölə) 51,7 kvadratmetrdir. Amma maraqlıdır ki, işə baxan Ayşən Sultanova-Məmmədova heç məhkəmənin rəyini nəzərə almadı və bizə 109 000 manat kompensasiya verilməsi barədə qərar çıxardı. Bir məqamı da qeyd edim ki, məhkəmədə şirkətin nümayəndəsi vətəndaşlara kompensasiya olaraq hər kvadratmetrə görə 4000 manat ödədiklərini deyib. Təsəvvür edin, bu hesabla 109 000 manat heç 32,5 kvadratmetr üçün yetərli deyil. 4000 manatdan hesablayanda 32,5 kvadratmetr üçün 130 000 manat kompensasiya düşür. İndi özünüz baxın ki, nə qədər qanunsuzluq edirlər, haqqımıza girirlər".

Famil İsayev bildirir ki, qərardan apellyasiya şikayəti verəcək. Eyni zamanda məsələ ilə əlaqədar ölkə rəhbərliyinə və digər səlahiyyətli şəxslərə müraciət edəcək.

"Sona qədər qanuni şəkildə mübarizəmi aparacağam. Qardaşım hərbçidir, iki müharibədə iştirak edib. Bu ev təkcə mənə məxsus deyil ki, verilən məbləğlə razılaşım. Biz artıq pul istəmirik, sadəcə haqqımızı tələb edirik", deyə şikayətçi sonda vurğulayır.

"Lux Residence" şirkəti 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərzadə Hüseyn İlşat oğludur. Hüseyn Cəfərzadə haqqında publik mənbələrdə heç bir məlumat yoxdur.

"Lux Residence" şirkəti haqqında isə mediada və sosial şəbəkə platformalarında əsasən tənqidi materiallara rast gəlinir. Məsələn, təxminən bir həftə əvvəl mediada Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, ev 29-da yaşayan İbrahimova Firuzə Abusət qızının "Lux Residence" şirkətinin özbaşınalıqlarından şikayəti yer alıb.

Cari ilin aprel ayında isə mediada Pəricahan Abdullayeva adlı vətəndaşın "Lux Residence" şirkəti ilə bağlı videomüraciəti yayılıb. Vətəndaş bildirib ki, "Lux Residence" şirkəti onun evini başına uçurub./qaynarinfo/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha bir MTK yaşayış ola-ola söküntü aparır – “Evimi başıma uçurdurlar, kömək edin” — FOTOLAR

    Daha bir MTK yaşayış ola-ola söküntü aparır – ...

    14-04-2025, 21:02

  • 
  • Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT

    Hakimlə vətəndaş arasında ev qalmaqalı - TƏFƏRRÜAT ...

    5-10-2023, 13:59

  • 
  • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi

    Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - ...

    15-05-2026, 19:36

  • 
  • Söküləcək binanın sakinlərindən şikayət: "Bizə elə kompensasiya təklif edirlər ki..." - FOTO

    Söküləcək binanın sakinlərindən şikayət: ...

    29-08-2017, 14:42

  • 
  • Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq Mülklər – ŞOK MƏBLƏĞ

    Mahmudov Və Həyat Yoldaşının Adına Olan Milyonluq ...

    22-04-2019, 16:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu