GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

Tarix: Bu gün, 14:28 Bölmə :Siyasət Baxış: 0


Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə, xüsusilə də Özbəkistanla əlaqələrin genişləndirilməsi böyük əhəmiyyət daşıyır. İki dost və qardaş xalqı birləşdirən çoxəsrlik ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, Azərbaycanla Özbəkistan arasında qarşılıqlı etimad və siyasi dialoq da son illərdə daha da möhkəmlənib. Bu münasibətlər son dövrdə keyfiyyətcə yeni mərhələyə yüksələrək müttəfiqlik xarakteri alıb və demək olar ki, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin avqustun 23–24-də dost Özbəkistana dövlət səfərinə Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələyə keçidi kontekstində nəzər salmaq lazımdır.

İki ölkə arasındakı münasibətlərin bu gün bu səviyyəyə çatmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz onun siyasi iradəsi və uzaqgörənliyi bu məsələdə böyük rol oynayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox ölkə ilə münasibətləri formalaşdırdığı bir dövrdə Heydər Əliyevin 1997-ci ilin 18-19 iyun tarixlərində Özbəkistana səfəri, keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan 19 sənəd Bakı ilə Daşkənd arasında əlaqələrin bünövrəsini təşkil etdi.

Heydər Əliyev kursunun davamçısı olan Prezident İlham Əliyev də Özbəkistanla münasibətlərə xüsusi diqqət yetirir. Bakı ilə Daşkənd arasında əlaqələrin bu gün çatdığı yüksək səviyyədə məhz onun siyasi iradəsinin xüsusi rolu var. Eyni zamanda, Özbəkistan lideri Şavkat Mirziyoyevlə formalaşmış qarşılıqlı etimad və dostluğa söykənən münasibətlər də iki ölkə arasındakı əlaqələrin inkişafına mühüm töhfə verib. Təsadüfi deyil ki, son beş il ərzində Azərbaycan və Özbəkistan prezidentləri arasında yüksək səviyyədə 15 qarşılıqlı səfər baş tutub. Bu səfərlər çərçivəsində aparılan danışıqlar və əldə edilən razılaşmalar iki ölkə arasında siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, münasibətlərin yeni istiqamətlər üzrə genişlənməsinə də mühüm təkan verib.

Yuxarıda da qeyd etdiyimiz kimi, Bakı ilə Daşkənd arasında münasibətlər hər gün yeni məzmunla zənginləşməkdə davam edir. Elə 23 avqust tarixində Prezidentin Özbəkistana baş tutan səfəri də bu prosesin davamı kimi xüsusi əhəmiyyətə malikdir. Əminliklə söyləmək olar ki, bu səfər çərçivəsində keçiriləcək görüşlər, aparılacaq müzakirələr, imzalanacaq sənədlər Azərbaycanla Özbəkistan arasında mövcud siyasi dialoqun daha da möhkəmləndirilməsi, əldə edilmiş razılaşmaların inkişaf etdirilməsi və əməkdaşlığın yeni mərhələyə keçidi baxımından böyük imkanlar yaradacaq. Bu baxımdan, səfərə yalnız növbəti yüksək səviyyəli təmas kimi deyil, Azərbaycanla Özbəkistan arasında müttəfiqliyin qarşıdakı mərhələsinin əsas istiqamətlərinin nəzərdən keçiriləcəyi mühüm siyasi hadisə kimi yanaşmaq olar.

Dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev özbəkistanlı həmkarı ilə ikitərəfli görüş keçirəcək. Eyni zamanda Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası baş tutacaq. 2023-cü ildə təməli atılan bu Şura iki dövlət arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı əsas prioritetlərin Prezidentlər səviyyəsində müzakirəsinə imkan yaradıb. 2024-cü ildə ilk iclas Daşkənddə, 2025-ci ildə isə ikinci iclas Bakıda keçirilib. Cari ildə üçüncü iclasın keçirilməsi isə bu formatın artıq müntəzəm xarakter aldığını və siyasi dialoq mexanizminə çevrildiyini göstərir.

Bu səfər çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" xüsusi diqqət çəkir və böyük önəmə sahibdir. Çünki bu müqavilənin imzalanması iki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi və dostluq münasibətlərinin daha möhkəm hüquqi əsaslarla təsbit edilməsi baxımından əhəmiyyətli addım ola bilər.

Qeyd etmək yerinə düşər ki, Bakı ilə Daşkənd bir çox platformalarda əməkdaşlıq edir. Məsələn, BMT, İslam Əməkdaşlıq Təşkilatı, TDT (Türk Dövlətləri Təşkilatı), Qoşulmama Hərəkatı, ATƏT, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü kimi formatların adını çəkə bilərik. Bu da göstərir ki, iki ölkə arasında əməkdaşlıq sadəcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Paralel olaraq da beynəlxalq və regional gündəlikdə də qarşılıqlı dəstək və eyni mövqedən çıxış etmə ilə müşayiət olunur.


 Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə inkişafına xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycanın regionla siyasi dialoqunun və əməkdaşlığının genişlənməsi üçün mühüm platformalardan birinə çevrilib. İlk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən bu formatda Azərbaycan son illərdə daha fəal iştirak etməyə başlayıb. Prezident İlham Əliyev 2023 və 2024-cü illərdə keçirilən V və VI Məşvərət Görüşlərində fəxri qonaq qismində iştirak edib. 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən VII Məşvərət Görüşündə isə Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması barədə qərar qəbul edilib. Bununla da əvvəllər C5 kimi tanınan regional əməkdaşlıq formatı Azərbaycanın iştirakı ilə faktiki olaraq C6 formatına çevrilib. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə artan siyasi, iqtisadi və strateji əlaqələrinin regional səviyyədə də qəbul edildiyini göstərməklə yanaşı, ölkəmizin regional əməkdaşlıq gündəliyinə daha fəal töhfə verməsi üçün yeni imkanlar yaradıb. 2026-cı il iyulun 31-də Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı da bu prosesin davam etdiyini göstərir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Özbəkistanla TDT çərçivəsində də qarşılıqlı fəaliyyətdədir. Bu platforma sadəcə əməkdaşlıq formatı deyil. Eyni zamanda ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər əsasında türkdilli dövlətləri daha sıx birləşdirən bir qurumdur. Təməli 2009-cu ildə Naxçıvan Sazişi ilə atılan TDT bu gün artıq böyük iqtisadi və siyasi güc kimi formalaşmaqdadır. Üzv dövlətlərin məqsədi isə TDT-nin beynəlxalq müstəvidə rolunu artırmaq, qlobal səviyyədə söz sahibi olan quruma çevirməkdir.

Azərbaycan-Özbəkistan münasibətlərində yüksək səviyyəli siyasi dialoq parlamentlərarası əlaqələrdə də özünü göstərir. Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistana indiyədək altı səfər etməsi bu istiqamətdə təmasların intensivliyini göstərən faktlardan biridir. Son illərdə Azərbaycan-Özbəkistan əməkdaşlığının iqtisadi, energetika və nəqliyyat istiqamətləri də nəzərəçarpacaq dərəcədə genişlənib. Hazırda Azərbaycanda 130-dan çox Özbəkistan şirkətinin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin konkret nəticələrdən biridir. Bu şirkətlərin bir qisminin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə cəlb olunması isə əməkdaşlığın yalnız mövcud iqtisadi əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmadığını, eyni zamanda regionların bərpası və inkişafı prosesinə də keçdiyini göstərir.

İqtisadi əməkdaşlığın dinamikası ticarət, investisiya, enerji və tranzit sahələrində özünü aydın göstərir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2025-ci ildə Azərbaycan-Özbəkistan arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması da iqtisadi əlaqələrin genişlənən istiqamətlərdən birinin nəqliyyat-logistika sahəsi olduğunu göstərir. Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin inkişafı Orta Dəhliz baxımından da iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizi üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən bu marşrutda mühüm mövqeyə malik olması, Özbəkistanın isə regionun əsas iqtisadi mərkəzlərdən biri kimi çıxış etməsi Bakı ilə Daşkənd arasında nəqliyyat-logistika əlaqələrinin genişlənməsi üçün əlverişli imkan yaradır. Qarşıdakı dövrdə Orta Dəhlizin imkanlarının genişlənməsi Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələrinin artmasına, eləcə də Mərkəzi Asiyanın dünya bazarlarına çıxışının şaxələnməsinə əlavə imkanlar yarada bilər.

Azərbaycan-Özbəkistan əməkdaşlığının humanitar ölçüsü də konkret layihələrlə zənginləşir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi, eləcə də 100 hektar ərazidə "Dostluq bağı"nın salınması bunun bariz nümunələrindəndir. Mədəniyyət və təhsil sahələrində də qarşılıqlı əlaqələr genişlənir: 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan mədəniyyət günləri, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan mədəniyyət günləri keçirilib. 2025/2026-cı tədris ilində 180-ə yaxın Azərbaycan vətəndaşının Özbəkistanda, 70-ə yaxın Özbəkistan vətəndaşının isə Azərbaycanda təhsil alması humanitar əlaqələrin də genişləndiyini göstərir.

Bu faktlar işığında əminliklə söyləmək olar ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər iqtisadiyyat, nəqliyyat, enerji, humanitar əlaqələr, regional əməkdaşlıq, siyasi dialoq kimi sahələri əhatə edir. Burada əsas olan əldə edilən razılaşmalar yox, onların real layihələrə çevrilməsidir. Prezident İlham Əliyevin 23 avqust tarixində Özbəkistana səfəri də bu baxımdan diqqət çəkir. Səfər çərçivəsində aparılacaq müzakirələr və əldə olunacaq razılaşmalar iki ölkənin artıq formalaşmış müttəfiqlik münasibətlərini yeni məzmunla zənginləşdirə və əməkdaşlığın qarşıdakı illərdə hansı istiqamətlərdə inkişaf edəcəyini müəyyənləşdirə bilər. Bakı ilə Daşkənd arasında mövcud siyasi etimad, iqtisadi maraqlar və ortaq regional baxışlar isə bu əməkdaşlığın bundan sonra da daha geniş imkanlar qazanması üçün möhkəm əsas yaradır.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərən səfər

    Strateji tərəfdaşlığın yeni mərhələyə daxil ...

    22-06-2026, 22:42

  • 
  • Prezident İlham Əliyev: Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib

    Prezident İlham Əliyev: Azərbaycan-Çin əlaqələri ...

    1-09-2025, 15:59

  • 
  • KİV: Türkmənistan İlham Əliyevin səfərinə hazırlaşır

    KİV: Türkmənistan İlham Əliyevin səfərinə ...

    17-11-2018, 12:12

  • 
  • Azərbaycan və Çin arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq genişləndirilir

    Azərbaycan və Çin arasında cinayətkarlığa qarşı ...

    14-08-2026, 12:02

  • 
  • Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

    Prezident İlham Əliyev Özbəkistana dövlət ...

    Bu gün, 13:15


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (916)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu