GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir

Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir

Tarix: 24-07-2026, 22:08 Bölmə :Manşet / GündəmXəbər Baxış: 2


“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonunda yaşayış məntəqələri, məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi xidmətləri üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.489.348,8 manat dəyərində müqavilə bağlamışdır. Məlumat satınalmaların portalında 21.07.2026-cı ildə dərc edilmişdir.
Qeyd edək ki, bu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “MİNT SERVİCES”  MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında son illər bir neçə müqavilə bağlanılmışdır.
Xankəndi şəhərinin və Xocalı rayonunun həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinə qulluq xidmətlərinin satın alınması üzrə 2.165.351,02 manat dəyərində müqavilə 16.01.2026-cı ildə bağlanılıb. .
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq  üzrə 2.989.889,29 manat dəyərində müqavilə  01.04.2025-ci ildə bağlanılib.
Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının baxımı, həyətyanı sahə, prospekt, küçə, park və meydançaların təmizlənməsi, işıqlandırılması, həmçinin yaşıllıq sahələrinin salınması və qulluq üzrə 932.169,6 manat dəyərində müqavilə 16.12.2024-cü ildə bağlanılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərinin satınalınmasıı üzrə 677.944,02 manat dəyərində müqavilə 19.08.2024-cü ildə bağlanılıb.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü ilin avqustundan bu yana, yəni iki il ərzində  bir mənbədən satınalma metodu tətbiq etməklə “MİNT SERVİCES”  MMC ilə ümumi dəyəri 8 254 701 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.
Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti göstərilən müqavilələri ərazidə prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətləri üzrə bağlayıb. Maraqlıdır, “MİNT SERVİCES”  MMC -nin bu sifarişləri yerinə yetirmək üçün maddi texniki bazası varmı?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNT SERVİCES”  (VÖEN: 1702104551) Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.02.2017-ci il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,  YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev.609, GLOBUS CENTER, 7-Cİ MƏRTƏBƏ, qanuni təmsilçisi kimi isə Hümmətov Aqil Habil oğlu qeyd olunub. MMC-ni müxtəlif vaxtlarda İsmayılova Gülər Füzuli qızı da təmsil edib.
MMC barədə rəsmi məlumatlar ancaq bu qədərdir.Açıq mənbələrdə “Mint Services” MMC haqqında heç bir məlumat yoxdur. Son iki ildə milyonlarla manat dəyərində tenderlər udan şirkətin nə rəsmi internet səhifəsi, nə də əlaqə telefonlarına rast gəlinir. Amma internetdə müxtəlif platformalarda təmizlik işinə dair vəzifələrə vakansiya elanlarının verildiyini aşkar etdik.
Göründüyü kimi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti fəaliyyəti başdan ayağa şübhələr içində olan bir MMC ilə son iki ildə səkkiz milyon manatdanm çox dəyəri olan müqavilələr bağlamışdır. Bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında keçirilmədən, bir mənbədən satınalma metodu ilə bağlanılması MMC-nin arxasında yüksək çinli vəzifəlilərin durduğunu göstərir.

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin direktoru Telman Kərimlidir. O, sözügedən vəzifəyə 2024-cü ilin aprelində təyin edilib. Daha əvvəl “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitunun direktoru vəzifəsində çalışıb. Azərbaycanda memarlıq və bərpa-konservasiya sahəsində tanınmış mütəxəssislərdən biridir. Azərbaycan Respublikasının Əməkdar mühəndisi, memarlıq üzrə fəlsəfə doktorudur./aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

    Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə ...

    10-03-2026, 22:00

  • 
  • İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

    İki milyona yaxın vergi borcu olan “Az-Caspian ...

    2-09-2025, 16:59

  • 
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

    Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli ...

    13-04-2026, 17:25

  • 
  • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

    Leysan Məmmədovun icarə xidməti adı altında ...

    4-05-2026, 22:38


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu