GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir

Tarix: 4-05-2026, 22:38 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 102


Leysan Məmmədov icarə xidmətinin alınması adı altında ayırdığı yüzminləri Xəlil Göyüşovla necə bölüşür…

Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binasının və yataq otaqlarının icarəyə götürülməsi üzrə 123.635,72 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 01.05.2026-ci ildə dərc edilib. Portalda müqavilənin başlanma müddəti 17.01.2025-ci il bitmə tarixi 17.05.2025-ci il göstərilir.

Maraqlıdır, 2025-ci ilin yanvar-may ayları üçün nəzərdə tutulan xidmət müqaviləsi niyə 2026-cilin may ayında bağlanır və yaxud açıqlanır?

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə Ağdam Kamp Otel kompleksində ofis binasının və yataq otaqlarının icarə xidməti üzrə bir müqavilə də 16.02.2026-cı ildə bağlayıb. Dəyəri 267.646,14 manat olan bu müqavilənin başlama tarixi 13.02.2026-ci il, bitmə tarixi 13.08.2026-ci il göstərilir.

Bundan əlavə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə “Ağdam Kamp Otel” kompleksində ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması bir müqavilə də 30.06.2025-ci ildə bağlayıb. 154.544,64 manat dəyəri olan bu müqavilənin icrası 24.06.2025-ci ildə başlayıb 20.11.2025-ci ildə bitib.

Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə 2025-ci ilin ikinci yarısı üçün bağlanan müqaviləni 30.06.2025-ci ildə satınalmaların portalında dərc edib. Amma nədənsə  2025-ci ilin birinci yarısı üçün bağlanmış müqavilənin nəticəsi 01.05.2026-ci ildə dərc edilib.

Buradan ortaya şübhəli məqamlar çıxır. Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 2025-ci ildə ofis binası və yataq otaqlarının icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsi bağlayıb. Amma 13.02.2026-cı ildən 13.08.2026-cı ilə, yəni altı ay müddətinə isə 267.646,14 manatlıq müqavilə bağlanılıb.

Şübhələr bunlarla bitmir. Belə ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 17.07.2024-cü ildə Ağdam şəhərində İnzibati binanın icarə xidmətinin satın alınması üzrə fiziki şəxs Ramin Göyüşov Xəlil oğlu ilə 72.000 manat məbləğində müqavilə bağlayıb. Portalda müqavilənin icra müddəti 11.07.2024-cü ildən 11.01.2026-cı ilə qədər göstərilir.

Bu məlumatdan göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 11.01.2026-cı ilə qədər ofis sahəainin icarəyə götürülməsi ilə bağlı müqavilə bağlayıb. Maraqlıdır,  İdarəetmə Xidməti 2025-ci ildə ümumi dəyəri 278 179 manat olan iki satınalma müqaviləsini nə üçün bağlayıb.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən icarəyə götürülən ofis binasının kvadratmetri və yataq otaqlarının sayı bəlli olmadığından xidmət üçün ayrılan vəsaitlərin şişirdildiyi şübhəsi ortaya çıxır. Həm də sözügedən qurum tərəfindən satınalmanın formal keçirdiyini deməyə əsaslar verir.

Burada  Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu da açıq-aşkar görsənir. Sözügedən Qanunu 38.11.-ci bəndində göstərilir:

38.11. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürülür və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində həmin məlumatları portalda dərc edir.

Göründüyü kimi Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti tərəfindən bağlanılmış müqavilələrin icra müddəti dəqiq göstərilmir, yaxud da göstərilən icra müddəti formal xarakter daşıyır.

Qeyd edək ki, fiziki şəxs Göyüşov Ramin Xəlil oğlu ilə Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti arasında olan işbirliyinin kökü lap dərindir. Belə ki, sözügedən qurum həm də Ramin Göyüşovun atası Xəlil Göyüşovun sahibi olduğu “KÖRPÜ-BİNA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işbirliyindədir.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd Rayonlarinda Bərpa,Tikinti və İdarəetmə Xidməti 08.08.2023-cü ildən 22.01.2026-cı ilə qədər ümumi dəyəri 61 665 403 manat olan 4 satınalma müqaviləsi bağlayıb.

“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. Xaliq Göyüşov iş adamı Xəlil Göyüşovun qardaşıdır. “Körpü-Bina Tikinti” MMC-nin əslində Xəlil Göyüşova məxsusdur.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovdu. O, bu vəzifəyə Prezident İlham Əliyevin 07 mart 2024-cü il tarixli Sərəncamı ilə təyin edilib. Daha əvvəl ləğv edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsini daşıyıb.

Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Quruma icraçı direktoru Məmmədov Leysan Novruz oğludur. O, bu vəzifəyə 2024-cü ilin avqustunda təyin edilib.

Qeyd edək ki, Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Görsənən odur ki, Leysan Məmmədov satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqların aparılması və görüşlərin keçirilməsinin qadağan olunmasına baxmayaraq “Körpü-Bina Tikinti” MMC-nin sahibi Xəlil Göyüşov və oğlu ilə əvvəlcədən razılaşdırılmış müqavilələr bağalayır. Hansı ki, onlar arasında bağlanan müqavilələrdə yol verilən qanun pozuntuları açıq-aşkar görsənir.

Görsənməyən ofis binası və yataq otaqlarının icarəsi xidməti alınması adı altında ayrılan yüzminlərin daha haralara getməsidir.! Aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

    Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – ...

    4-05-2026, 22:16

  • 
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

    Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə ...

    10-03-2026, 22:00

  • 
  • İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

    İki milyona yaxın vergi borcu olan “Az-Caspian ...

    2-09-2025, 16:59


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu