GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

Tarix: 10-03-2026, 22:00 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 8

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “Ağdam şəhər Cümə məscidinin tikinti-quraşdırma işləri”nin satın alınması üzrə 24.10.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ TECHNOCON GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 412.693,83 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.02.2026-cı ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu tərəflər arasında bağlanan ilk müqavilə deyil.

Tərəflər arasında ilk müqavilə 20.12.2023-cü ildə bağlanılıb. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin hüquqi varisi olduğu “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi “AZ TECHNOCON GROUP” MMC ilə “Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin” satın alınması üzrə 702.806,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Bundan sonra, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi 13.09.2024-cü ildən başlayaraq “AZ TECHNOCON GROUP” MMC ilə 9 satınalma müqaviləsi bağlayıb.

Ağdərə rayonu, Suqovuşan qəsəbəsində tikintisi davam edən 5 ədəd 5 mərtəbəli yaşayış binalarının xarici rabitə şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 68.968,95 manat dəyərində 13.09.2024-cü ildə.

Ağdam şəhəri Meşə parkının layihələndirilməsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 190.743,07 manat dəyərində 28.12.2024-cü ildə.

Füzuli şəhəri inzibati bina layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması üzrə 339.500,28 manat dəyərində 09.01.2025-ci ildə

Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 56.673,44 manat dəyərində 10.01.2025-ci ildə

Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması üzrə 84.257,98 manat dəyərində 13.01.2025-ci ildə.

“Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması üzrə 1.035.196,96 manat dəyərində 25.08.2025-ci ildə.

“Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə Su – Kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işlərinin” satın alınması üzrə 3.269.870,46 manat dəyərində 04.12.2025-ci ildə.

“Füzuli şəhərinin 3 nömrəli yaşayış məhəlləsində söküntü işləri”nin satın alınması üzrə 137.605,52 manat dəyərində 23.01.2026-cı ildə.

Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi son iki ilə yaxın vaxtda “AZ TECHNOCON GROUP” MMC ilə ümumi dəyəri 5 595 505 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin milyonlarla manat dəyərində dövlət sifarişi verdiyi MMC haqqında nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ TECHNOCON GROUP”  (VÖEN: 1904433171) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 16.07.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SURAXANI RAYONU, QARAÇUXUR ŞTQ, ŞƏRQ (QARAÇUXUR QƏS.), ev.9 DÖNGƏ EV 37B, qanuni təmsilçisinin isə Acalov Elşad Ağakişi oğlu olduğu qeyd edilib.

Qeyd edək ki, 16.07.2020-ci ildə MMC “ZUSS CONSTRUCTION” kimi dövlət qeydiyyayına alınıb. 03.08.2021-ci ildə adı dəyişdirilərək “ODD CONSTRUCTİON” olub. 05.04.2023-cü ildən “AZ TECHNOCON GROUP” kimi fəalliyyət göstərir.

MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Hüseynov Rafiq Cümşüd oğlu olub. Daha sonra Dünyamalıyev Fuad Mehdi oğlu və Acalov Elşad Ağakişi oğlu ayrı ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər.

Qeyd edək ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Leysan Məmmədovdu. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

Leysan Məmmədovun karyerasından göründüyü kimi daim məsul vəzifələrdə çalışıb. Uzun illər Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışıb. Yəni. tikinti sahəsini incəliklərinə qədər bilir. Onun Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktoru kimi son vaxtlar işbirliyində olduğu şirkətlərdən biri də göründüyü kimi “AZ TECHNOCON GROUP” MMC-dir. Niyə məhz bu şirkət?

Bu MMC-ni Leysan Məmmədova bağlayan bir tel olmasaydı, görəsən işğaldan azad olunmuş ərazilərdə həm söküntü işləri, həm su – kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri, qazanxana kompleksinin tikintisi üzrə , həm də rabitə şəbəkəsinin tikinti-quraşdırma işləri üzrə müxtəlif profilli işlərin qalibi ola bilərdimi?/Aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

    İki milyona yaxın vergi borcu olan “Az-Caspian ...

    2-09-2025, 16:59

  • 
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • “MƏİŞƏT İST”  MMC dövlət satınalmalarında “xarüqələr” yaradır

    “MƏİŞƏT İST” MMC dövlət satınalmalarında ...

    17-12-2025, 15:20

  • 
  • “Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

    “Qaçqınkom”un departamenti vaxtilə Ramiz ...

    15-12-2025, 20:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu